Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri münasibətlərimizin möhkəm təməl üzərində qurulmasının təsdiqidir - Vüqar Rəhimzadə

Siyasət / 22.06.2022 17:03

Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bu Qərar ölkə Prezidentinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə qəbul olunmuşdu. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalamışdılar. Bu mühüm Qərar bir daha türkdilli ölkələr arasında əlaqələrin bugünkü səviyyəsinə işıq saldı. Ötən ilin noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev ali ordenə görə üzv ölkələrin dövlət başçılarına minnətdarlığını ifadə edərək bildirmişdir ki, bu, türk dövlətləri tərəfindən mənim işimə, fəaliyyətimə verilən çox yüksək mükafat, qiymətdir. Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Tarixi Zəfərimizin reallıqları fonunda türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış gələcəyə baxmaqdır. Çünki xalqlarımızın və dövlətlərimizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Trend-ə bildirib.

Vüqar Rəhimzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasından, eyni zamanda, Azərbaycanın iki il bu quruma sədrliyi dövründə səmərəli fəaliyyətindən, türk dünyasının birliyinə verdiyi töhfələrdən bəhs edərək deyib: "Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü Özbəkistandır.”

Ölkələrimiz arasında diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir: "İki ölkənin keçdiyi inkişaf yoluna, əlaqələrinin inkişaf tarixinə diqqət yetirsək görərik ki, Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun Azərbaycana 1996-cı ildə reallaşdırdığı ilk səfəri zamanı dövlətlərimiz arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Həmin ildə Türkdilli Dövlət Başçılarının IV Sammitində iştirak etmək üçün Özbəkistanda səfərdə olan ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Ümummilli Liderin dost Özbəkistana ilk rəsmi səfəri 1997-ci ilin iyununda reallaşıb və bu səfər münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Belə ki, həmin səfər çərçivəsində 19 sənəd imzalanıb. Artıq həmin vaxtdan 25 il ötür. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixinin bu gün çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını diqqətə çatdıran Özbəkistan Prezidenti bu xatırlatmanı da etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər. Bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə ehtiram kimi dəyərləndirildi.”

«Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir» söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iki ölkə arasında 20-dək sənəd imzalanıb: «Hər bir sənəd özlüyündə gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə» özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, iki dost ölkənin əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi tərtib olunur. Bu yol xəritəsi qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa zəmin yaradacaq: "Göründüyü kimi, tarixi Zəfərimiz regionda, türk dünyasında, eyni zamanda, ümumilikdə dünyada əlaqələrin yeni formatda və istiqamətlər üzrə inkişafını diktə edir. Hər zaman "Gücümüz birliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyev bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin, bir ölkənin probleminin digər ölkə tərəfindən öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. O da məlumdur ki, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi başa çataraq qardaş Türkiyəyə keçdi. Dövlət başçısı İlham Əliyev qurumun VIII Zirvə Görüşündə bu əminliyi ifadə etmişdir ki, Türkiyə Prezidentinin liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki Türkiyənin siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Özbəkistan və Azərbaycan prezidentləri mətbuata bəyanatlarında da bu əminliyi ifadə etdilər ki, ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayrılacaq ki, nəticələr qısa zamanda özünü göstərsin.



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları