Deputatdan çağırış

Siyasət / 23.06.2022 09:26

Az qala hər həftə mediada baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsiəməkdaşlarının bu və ya digər qurumda əməliyyat keçirərək səlahiyyətli şəxsləri həbs etməsi barədə xəbərlərə rast gəlirik. Görəsən, cəmiyyət olaraq necə edək ki, korrupsiyaya qarşı baş mübarizə idarəsi əməkdaşlarının "yük"ünü azaldaq? Yəni bu gün həmin qurumda istintaq edilən bəlkə də minlərlə cinayət işi var. Necə edək ki, hər il tendensiya artan yox, azalan istiqamətdə olsun?

Moderator.az-ın əməkdaşı bu sualla parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadəyə müraciət edərək aşağıdakı cavabı alıb: "Dünyada elə ölkə tapılmaz ki, özünü korrupsiyadan sığortalasın. Bu sosial bəlanın tarixi çox qədimdir və qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır. Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır. Korrupsiyaya qarşı mübarizənin ən vacib formalarından biri də əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasıdır. Qətiyyətlə demək mümkündür ki, Azərbaycanda əhalinin korrupsiya hüquqpozmaları ilə bağlı bilgisi aşağı səviyyədədir. Hesab edirəm ki, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Maarifləndirmə fəaliyyətinin öhdəsindən isə dövlət orqanları təkbaşına gələ bilməzlər. Bu fəaliyyətə qeyri-hökumət təşkilatlarının, KİV-lərin cəlb olunması zəruridir. Bundan başqa, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin edilməsidir. Qeyd edim ki, korrupsiyaya qarşı sadəcə adminstrativ üsullarla mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya ilə mübarizədə vətəndaşlar da ən az dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait yaratmalıdır. Məsələn, artıq uzun müddət fəaliyyət göstərən"ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir üsul kimi özünü doğrulda bildi. "ASAN xidmət"in yaradılmasının kökündə məhz korrupsiya ilə mübarizə, vətəndaşların üzləşdikləri yersiz süründürməçilik hallarının aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi dururdu. Bu xidmət mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir.

Digər bir amil, elektron - hökumət portallarının mövcudluğu vətəndaş-məmur arasındakı əlaqəni minumuma endirdiyi üçün faktiki olaraq korrupsiya ehtimalını da zəiflədir, dövlətlə vətəndaş arasında şəffaf dialoqu təmin edir, məmurların hesabatlılığını artırır, operativ nəzarət mexanizmi olduğundan rəsmi prosedurların daha sürətli və qanuni həyata keçirilməsinə şərait yaradır. Faktiki olaraq bürokratik əngəl yaradan amil olmur və vətəndaş artıq heç bir maneə olmadan zəruri məlumatları əldə edir. Bu, eyni zamanda dövlət idarəçiliyini də səmərəli edir, idarələrarası əlaqələrin gücləndirilməsində də mühüm rol oynayır. Məsələn, əvvəllər vətəndaş xarici pasport alınması üçün müxtəlif dövlət idarələrinin, qurumların qapılarını döymək məcburiyyətində idisə, hazırda həmin prosedür bu dövlət xidmətindən istifadə edən şəxsin ünvanına çatdırılmasına qədər sadələşdirilə bilib.

Əlavə olaraq qeyd edim ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda qüvvədə olan müvafiq qanunverici aktlara dəyişikliklərlə bağlı təkliflər yer alır. Burada dövlət orqanlarında çalışan şəxslərin, o cümlədən, hakimlərin sosial təminatının yaxşılaşdırılması, vahid əmək haqqı sisteminin tətbiq edilməsi əsas prinsiplərdən biri olaraq önə çəkilir. Korrupsiya cinayətinin baş verməsi, cinayətkarın məsuliyyətə cəlb edilməsi əslində bu sosial bəla ilə mübarizədə ən sonuncu mərhələdir. Əsas məqsəd bu korrupsiya halının qaşısını ala bilən preventiv, profilikatiki tədbirlərin effektivliyinin artırılmasıdır. Hesab edirəm ki, yuxarıda sadaladığım amillərin kompleks şəkildə tətbiqi qeyd etdiyiniz korrupsiyaya qarşı baş mübarizə idarəsi əməkdaşlarının "yük"ünü azalmasına, bu tendensiyanı artan yox, azalan istiqamətə yönəlməsinə şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, dövlət və dövlətçiliyi qorumaq təkcə bu sahəyə cavabdeh olan səlahiyyətlivəzifəli şəxslərin deyil, hamımızın borcudur. Odur ki, korrupsiyaya, eləcə də dövlətə qarşı yönələ bilən hər bir istər daxili, istərsə də xarici təhdidlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq".



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları