Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

Dəyərlərimizin kreativ tanıtımı / 29.06.2022 12:29

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 24-25 iyun 2022-ci il tarixlərində Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya Konfransı keçirildi. Psixologiya Elmi-Tədqiqat İnstitutunun ev sahibliyi etdiyi və 2 gün müddətində davam edən konfransda Türkiyədən, İrandan gəlmiş, öz sahəsi üzrə tanınmış peşəkar mütəxəssislər neyropsixoloji cihazların psixologiya, loqopediya və erqoterapiyada tətbiqindən danışdılar. Konfransda Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB), YAP Binəqədi rayon Təşkilatının nümayəndələri, həkimlər və bu sahə üzrə çalışan mütəxəssislər iştirak etdilər.

Tədbir Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransı giriş sözüylə açan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov günümüzdə neyropsixoloji cihazların aktuallığından, tətbiqinin vacibliyindən, elmdə dinamik inkişafa yetişmək üçün yeniliklərin izlənməsindən danışdı.

Təhsil Nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək müasir aparatların psixologiyada tətbiqinin təqdirəlayiq olduğunu, vacibliyini vurğulayaraq konfransın işinə uğurlar dilədi.


TƏBİB, Tibbi Fəaliyyətin Təşkili Departamentinin mütəxəssisi Aygün Quluzadə də öz çıxışında tibbdə eləcə də psixologiyada yeniliklərin tətbiqi və təkmilləşdirilməsi kimi önəmli məsələlərə toxundu.

Konfransın açılış hissəsində spikerlərin hər biri öz qısa çıxışlarıyla fərqli sahələrdə neyropsixoloji cihazların istifadəsi və faydalarından danışdılar.

Daha sonra çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun Tədris və Elmi Metodiki Şöbəsinin müdiri, p.ü.f.d, dosent Hökümə Əliyeva konfrans iştirakçılarını salamladı və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Konfransın birinci günündə Koqnitiv nevrologiya üzrə f.e.d, Erqoterapiya üzrə mütəxəssis Nadir Əlirzalı "Neyrostimulyasiya və onun növləri” , İranda nevrologiyaya əsaslanan yeni terapevtik texnologiyaların banisi, Parand İxtisaslaşdırılmış Mərkəzin təsisçisi, Sağlamlıq Psixologiyası üzrə f.e.d Məsud Nüsrət Abadi "Sağlamlıqla əlaqəli sahələrdə neyromodulyasiya üsulları: keçmiş, cari və gələcək tendensiyalar”, Psixologiya üzrə fəlsəfə doktoru, Bilişsel Nörobilimçi Zeynep Küçük " Beyin uyarımının epilepsi kliniğinde uyarımı” mövzularında çıxış etdilər.

Konfransın ikinci günü Koqnitiv Nevrologiya üzrə f.e.d, CYBER Nevroloji və Psixoloji Mərkəzin rəhbəri Amin Asadollahpourun "Loreta Neurofeedback - ən müasir metod” adlı çıxışıyla başladı. Ardınca Narınc Psixologiya Mərkəzinin Sumqayıt, Salyan və Gəncə filialları üzrə baş defektoloq-loqopedi Səbinə Oruczadə "Forbrain aparatı ilə yaddaşın və səs tələffüzünün təkmilləşdirilməsi”ndən danışdı. Konfransın yekun çıxışı isə Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin Üzvü, Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "İnkişaf və Yaş Psixologiyası Şöbəsi”nin kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova və Narınc Psixologiya Mərkəzinin aparatlar üzrə baş mütəxəssisi, həkim, psixoloq Nuridə Məmmədovanın birgə təqdimatında səsləndirilən "BETA ONE cihazı və onun tətbiq olunduğu sahələr” mövzusunda oldu. Daha sonra açıq müzakirə baş tutdu, təkliflər dinlənildi, konfrans iştirakçılarını maraqlandıran suallar spikerlər tərəfindən cavablandırıldı.

Nəzəri və praktik əsaslı çıxışları özündə əks etdirən, ümumilikdə 85 nəfər iştirakçının qatıldığı konfransın yekununda hesabat nitqi səsləndirildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tədbirin sonunda qapanış nitqi ilə çıxış etdi. Öz bilik və bacarıqlarını auditoriya ilə bölüşən mütəxəssislərə plaketlər və milli-mənəvi dəyəri özündə əks etdirən hədiyyələr təqdim olundu.

Sonda iştirakçılara sertifikatlar təqdim olundu, xatirə fotosu çəkildi, tədbir yekunlaşdı.


Cəmilə ÇİÇƏK (İsbəndiyarova),

araşdırmaçı jurnalist,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2022-11-28

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları