Ulu Öndər Heydər Əliyev güclü, qüdrətli Azərbaycan dövlətinin memarıdır

Siyasət / 14.07.2022 10:30

Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycanda Heydər Əliyev dövrünün müstəsna yeri vardır. 53 il bundan əvvəl, yəni 1969-cu il 14 iyul tarixindən başlanan bu mərhələ müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, hər bir azərbaycanlının qəlbində, ideyasında yaşatdığı milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Bütün fəaliyyətinin əsasında bir amal dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Dahi şəxsiyyət bu məsələyə çox həssaslıqla yanaşırdı, həqiqətən də keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Sovet ideologiyasının olmasına baxmayaraq, ölkəmizin tanınmış ziyalılarının ev muzeylərini yaradır, onlara heykəl qoyur, yaradıcılıq gecələri keçirir, milli düşüncənin, milli məfkurənin inkişafına töhfə verən insanları himayə edir, gəncləri həvəsləndirirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.
Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə biruzə verib.
Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı.

Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı.

Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbiçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. I və II Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir. O, hər zaman deyirdi ki, "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, " Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: "Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”! Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!

Azərbaycanda həmişə, hətta müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə, dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxaq konvensiyalar "Uşaq Hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”dır. Bu sənədlər milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Ümummilli Liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına xüsusi önəm verirdi. Və onun qadın qurultaylarında etdiyi çıxışlar, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal olmağa həvəsləndirirdi. Azərbaycan gender bərabərliyi, insan hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Və bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da dövlətimizin inkişafına öz müsbət töhfəsini verir.

Ulu Öndər hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. "Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Heydər Əliyev siyasəti onun dünyasını dəyişməsindən sonra da ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla və yaradıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir, insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənir. Bütün sosial təbəqələrin müdafiəsinin gücləndirilməsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Azərbaycan inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Qarşıda böyük hədəflər dayanır.

Beləliklə, 53 il əvvəl başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən zirvəyə aparmaqdadır. Biz hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Onların bu fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin "Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova



SON XƏBƏRLƏR

2022-08-12

19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib

18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"

18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"

18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"

17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"

17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib

17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"

17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"

16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"

16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır

16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"

16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb

16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"

15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib

14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB

10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib

2022-08-02

11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub

11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"

11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb

11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"

11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"

11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb

10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək

09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

Product image

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları