Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb
Cəmiyət / 02.08.2022 11:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Bu barədə"Report"a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, proqram "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir.
Eyni zamanda, birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı "Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.
Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.
Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- şəxsiyyət vəsiqəsi;
- əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə
- Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdır. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək;
- Adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək.
- Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədləri DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim etməlidirlər:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
- vərəsəlik hüququ haqqında şəhadətnamə;
- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;
- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:
- I dərəcə əlilliyə görə - 8 800 manat
- II dərəcə əlilliyə görə - 6 600 manat
- III dərəcə əlilliyə görə - 4 400 manat
2022-08-12
19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib
18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"
18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb
18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"
17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"
17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib
17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib
17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir
17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"
16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır
16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub
16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb
16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"
15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib
14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu
08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib
2022-08-02
11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub
11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"
11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb
11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"
11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb
10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq
10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları