"Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib

Dəyərlərimizin kreativ tanıtımı / 12.08.2022 08:21

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş "Şanlı tarix yazanlar” kitabının təqdimatı olub.

Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər kompleksini, Şəhidlər xiyabanını, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə vurğulanıb ki, Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Təqdimat mərasimində çıxış edən müəllif Əlmaniz Ələkbərli bildirib ki, kitabda Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Zaqatalanın 230 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş yoldaşlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Zaqatalanın igid oğulları da şücaət göstərib, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Onlardan iki nəfəri Azərbaycanın Milli Qəhrəmanı, üç nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər. Müəllif kitabın ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə uzun illər müxtəlif dövlət qurumlarına rəhbərlik etmiş Əhməd Əhmədzadəyə və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə minnətdarlığını bildirib.

Təqdimat mərasimində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun atası Bəşir Məmmədov, Vətən müharibəsi şəhidi Sayad Hacıyevin atası Azad Hacıyev çıxış edərək torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda canlarından keçən qəhrəman övladları ilə qürur duyduqlarını, fəxr etdiklərini vurğulayıb, kitabın müəllifinə, nəşrinə kömək göstərən insanlara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, "Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova çıxış edərək, kitab haqqında təəssüratlarını bildiriblər.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. Vurğulanıb ki, şanlı Zəfərimiz, qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşlərdə şücaət göstərən vətənpərvər oğullar haqqında yazılan belə kitablar gələcək nəsillər üçün çox qiymətli məlumat mənbəyidir.

Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə, doğmalarına kitablar təqdim olunub.



SON XƏBƏRLƏR

2022-09-23

13:23 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

12:14 Laçında dalğalanan dövlət bayrağımız – mühüm tarixi hadisədir

11:31 Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəkləri vaxt açıqlandı

11:26 Ceyhun Bayramov Cozef Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak edib

11:22 Ağalıya köçürülən sakinlərin evləri satılacaq? - VİDEO

11:21 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

11:00 Ukraynalı deputat: "Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır"

10:02 XİN: "Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin yurdlarına qayıtmasını süni şəkildə əngəlləməkdir"

2022-09-15

12:06 ”Muğan bölgəsində aztəminatlı ailələrin sosial problemlərinin həlli istiqamətində Özünüməşğulluq proqramı"na cəlb edilməsi və maarifləndirmə"adlı layihənin icrasına başlayıb

2022-09-09

15:12 Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü

14:40 Xətai rayonunda yolların yenidən qurulmasına 4,27 milyon manat ayrıldı

14:25 “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov

14:21 "Layihənin hazırlanmasında bütün siyasi partiyalar iştirak edir" – Aydın Hüseynov

14:05 Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

13:52 Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

12:17 Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb

12:07 Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

12:05 Nazir: "Azərbaycanda 5 il ərzində 4470 cinayətkar qrup zərərsizləşdirilib"

11:24 Qanun müzakirələrdən sonra qəbul olunacaq

10:34 Prezident II Elizabetin vəfatı ilə bağlı başsağlığı verdi

10:24 “Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi

10:23 Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 660 hərbçisi məhv edilib"

10:20 Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

09:59 Gürcüstanda 1,8 milyon il əvvələ aid qədim insan dişi tapılıb

09:53 Nazirlik: "14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib"

09:53 "Bu günədək Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsi gedib"

09:52 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçı seçir

09:49 Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb

09:48 Aİ nümayəndəsi Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

09:46 BMT baş katibi həmrəylik əlaməti olaraq Pakistana səfər edib

09:39 Ağalı məktəbinin direktoru: "Bu, innovativ yenilikləri özündə əks etdirən bir təhsil ocağıdır"

2022-09-02

09:56 Bacısını öldürməyə cəhd edən şəxs tutuldu

09:22 Biz buna imkan verməyəcəyik! - Ərdoğan

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:20 Neymar Messi və Ronaldunun rekordunu qırdı

Product image

15:40 "Qarabağ"ın Avroliqadakı rəqibləri bəlli oldu

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları