Mehriban Əliyeva orta məktəb və körpələr evi-uşaq bağçasının açılışlarında

Cəmiyət / 26.08.2022 17:23

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib.

Adalet.azxəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin yeni binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəbin üçmərtəbəli binasında sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb.

Eyni zamanda, açıq havada futbol meydançası salınıb, istirahət köşkləri quraşdırılıb. Məktəbin ərazisi abadlaşdırılıb və yaşıllıq salınıb.

x x x

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva avqustun 26-da Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edib.

Birinci vitse-prezident körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva məlumat verdi ki, 277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, invertar və avadanlıqla təchiz olunub.

Diqqətə çatdırıldı ki, 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb.



SON XƏBƏRLƏR

2022-09-23

13:23 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

12:14 Laçında dalğalanan dövlət bayrağımız – mühüm tarixi hadisədir

11:31 Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəkləri vaxt açıqlandı

11:26 Ceyhun Bayramov Cozef Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak edib

11:22 Ağalıya köçürülən sakinlərin evləri satılacaq? - VİDEO

11:21 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

11:00 Ukraynalı deputat: "Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır"

10:02 XİN: "Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin yurdlarına qayıtmasını süni şəkildə əngəlləməkdir"

2022-09-15

12:06 ”Muğan bölgəsində aztəminatlı ailələrin sosial problemlərinin həlli istiqamətində Özünüməşğulluq proqramı"na cəlb edilməsi və maarifləndirmə"adlı layihənin icrasına başlayıb

2022-09-09

15:12 Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü

14:40 Xətai rayonunda yolların yenidən qurulmasına 4,27 milyon manat ayrıldı

14:25 “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov

14:21 "Layihənin hazırlanmasında bütün siyasi partiyalar iştirak edir" – Aydın Hüseynov

14:05 Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

13:52 Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

12:17 Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb

12:07 Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

12:05 Nazir: "Azərbaycanda 5 il ərzində 4470 cinayətkar qrup zərərsizləşdirilib"

11:24 Qanun müzakirələrdən sonra qəbul olunacaq

10:34 Prezident II Elizabetin vəfatı ilə bağlı başsağlığı verdi

10:24 “Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi

10:23 Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 660 hərbçisi məhv edilib"

10:20 Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

09:59 Gürcüstanda 1,8 milyon il əvvələ aid qədim insan dişi tapılıb

09:53 Nazirlik: "14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib"

09:53 "Bu günədək Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsi gedib"

09:52 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçı seçir

09:49 Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb

09:48 Aİ nümayəndəsi Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

09:46 BMT baş katibi həmrəylik əlaməti olaraq Pakistana səfər edib

09:39 Ağalı məktəbinin direktoru: "Bu, innovativ yenilikləri özündə əks etdirən bir təhsil ocağıdır"

2022-09-02

09:56 Bacısını öldürməyə cəhd edən şəxs tutuldu

09:22 Biz buna imkan verməyəcəyik! - Ərdoğan

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:20 Neymar Messi və Ronaldunun rekordunu qırdı

Product image

15:40 "Qarabağ"ın Avroliqadakı rəqibləri bəlli oldu

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları