Qanun müzakirələrdən sonra qəbul olunacaq
Siyasət / 09.09.2022 11:24

"Siyasi partiyalar haqqında” qanun layihəsi geniş ictimai müzakirələrdən sonra qəbul olunacaq.
Məlum olduğu kimi, Milli Məclis hələ iki ay öncə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə mətbuata açıqlama verərək bütün siyasi partiyaları, o cümlədən maraqlı tərəfləri bu, mühüm layihəyə təklif və tövsiyələrini təqdim etməyə dəvət etmişdi.
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti qısa müddət ərzində qanun layihəsinin strukturu, konsepsiyası, ölkədə aparılan siyasi islahatların dərinləşdirilməsi, siyasi partiyaların institusional inkişafının gücləndirilməsi barədə təklif və istəklərini Milli Məclisə təqdim etdilər. Yeni qanun layihəsinə siyasi partiyalar tərəfindən göstərilən yüksək maraq bir daha onu nümayiş etdirdi ki, bu, təşəbbüs vaxtında irəli sürülüb və hörmətli Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi yeni siyasi konfiqurasiyanın tam formalaşması, siyasi dialoq mühitinin daha da yaxşılaşdırılması və ölkədə siyasi sistemin təkmilləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.
Bundan əlavə, torpaqlarımızın işğalına son qoyduqdan və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra cəmiyyətdə hakim olan möhkəm milli birlik və ictimai anlaşma fonunda qeyd olunan islahatları dərinləşdirmək və qarşıda duran strateji hədəflərə çatmaq üçün "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu qaçılmazdır. Bu səbəbdən Milli Məclis daxil olan təklifləri, o cümlədən müxtəlif ölkələrin və ixtisaslaşmış beynəlxalq qurumların təcrübəsini nəzərə alaraq, "Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı üzərində işi qısa müddətdə başa çatdırdı. Dünən, yəni, sentyabrın 7-də isə qanun layihəsini ictimai müzakirələrə açıq etmək məqsədilə layihə mətni Milli Məclisin saytında yerləşdirildi.
Əlbəttə, layihə sıradan bir sənəd olmadığı üçün onun müzakirəsində və qəbulunda maksimum şəffaflıq və ictimai iştirakçılıq təmin olunmalı, qanunun subyekti olan siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri nəzərə alınmalıdır.
Təqdirəlayiq haldır ki, Milli Məclis qanun yaradıcılığı prosesinin əvvəlində olduğu kimi, "İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq sentyabrın 28-də siyasi partiyaların və ekspertlərin iştirakı ilə qanun layihəsinin ictimai müzakirəsini keçirməyi planlaşdırır və Milli Məclis sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri hörmətli Əli Hüseynli dünən mətbuata verdiyi açıqlamada bu barədə ətraflı məlumat verib.
Bütün bunlar bir daha onu göstərir ki, "Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə dəstək verməsi üçün onun daha təkmil və əhatəli şəkildə qəbul olunmasında dövlət maraqlıdır və ictimai dinləmə və ya ictimai müzakirələr yolu ilə bütün siyasi partiyaların və ixtisaslaşmış ekspertlərin rəy və təkliflərini öyrənmək istəyir.
Düşünürəm ki, qanun layihəsinin qəbulu prosesində şəffaflığın maksimum təmini, ictimai rəyin nəzərə alınması və maraqlı tərəflərin işriakı ilə geniş müzakirələrin keçirilməsi, həm də, əvvəlcədən qərəzli mövqe tutan və qanun layihəsinin mahiyyətini və konsepsiyasını bilərəkdən təhrif etməyə çalışanların "arqumentlərinə” də təsirsiz ötüşməyəcək.
Azay Quliyev
Milli Məclisin deputatı
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları