“Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov

Gündəm / 09.09.2022 14:25

"Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”.

Bakıvaxtı.azxəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən "Biznes jurnalistikası və işgüzar kommunikasiyalar” adlı Xəzər Media Forumu zamanı bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Bununla media sahəsində islahatların yeni mərhələsi başlayıb. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dövlət dəstəyinin göstərilməsi bizim üçün mühüm istiqamətlərdən biridir. Bu məqsədlə, o cümlədən media sahəsində digər istiqamətlərin inkişafı və müvafiq layihələrin həyata keçirilməsi üçün bu fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb”, - o vurğulayıb.

O xatırladıb ki, bu il iyulun 22-də Azərbaycan mediasının nümayəndələri Şuşada Beynəlxalq Media Forumu keçirməklə peşə bayramlarını qeyd ediblər: "Şuşada keçirilən Beynəlxalq Media Forumunda dünyanın 20-yə yaxın ölkəsindən xarici mətbuat nümayəndələri və ekspertlər, həmçinin beynəlxalq təşkilatların media sahəsində təmsilçiləri ilə müasir media mühitinin aktual problemləri ətrafında fikir mübadiləsi apardıq”.

Onun sözlərinə görə, Azərbaycanda media sahəsinin inkişafında mühüm amillərdən biri bu il fevralın 8-də qüvvəyə minmiş "Media haqqında” Qanundur: "Bu qanunda çap mediası və internet mediası subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mütərəqqi normalar müəyyən edilir. Bundan əlavə, dövlət başçısı bu il fevralın 8-də ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Nəticədə bu sahədə müəyyən təcrübəyə malik jurnalistlər, o cümlədən gənc ailənin üzvü olan jurnalistlər mənzil almaq üçün dövlət dəstəyi ilə verilən güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub”.

Ə.İsmayılov deyib ki, xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması da media sahəsinin inkişafında mühüm rol oynayır: "Azərbaycan mediası həm beynəlxalq platformada, həm də ikitərəfli münasibətlər vasitəsilə əlaqələri genişləndirir. Bu mənada Xəzər regionu ölkələrinə xüsusi diqqət yetirilir”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb: "Əminik ki, rəsmilərin, media ekspertlərinin, ictimai xadimlərin və jurnalistlərin iştirakı ilə başlayan Xəzər Media Forumu media və kommunikasiya sahəsində müasir problemlərin müzakirəsi, müvafiq həll yollarının axtarışı baxımından mühüm əhəmiyyət kəsb edəcək”.




SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları