"Praqa Bəyanatında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiqləndi"

Siyasət / 10.10.2022 11:32

"Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə "Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri ölkə Prezidentinin şəxsiyyətinə hörmətin, mühüm məsələlərin həllində mövqeyinin və rəyinin xüsusi əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Cənab İlham Əliyev Zirvə Toplantısı çərçivəsində "Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı zamanı bir daha bu məqama diqqəti yönəltdi ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsipləri əsasdır. Xüsusilə ərazi bütövlüyü prinsipini önə çəkərək bu məsələyə münasibətdə eyni yanaşmanın vacibliyini vurğuladı. Prezident İlham Əliyevin dövlət maraqlarının qorunması, beynəlxalq münasibətlərin inkişafı və yeni istiqamətlər üzrə genişləndirilməsi yönümündə atdığı addımlar təqdir edilir. Ümumilikdə Azərbaycanın həm Qərb, həm də Şərq üçün əhəmiyyəti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də ifadə olunur. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Ölkəmiz müasir dövrün reallıqları əsasında atdığı addımları ilə bu roluna yeni məzmun gətirir. Artıq iki ildir tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar dünyanın siyasətində də dəyişikliklərə yol açdı. Yeni yaradılan siyasi platformanın- "Avropa siyasi birliyi”nin məqsəd və məramına diqqət yetirdikdə qeyd etdiklərimiz özünün aydın ifadəsini tapır. Belə ki, "Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. İlk dəfə keçirilən "Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın təməlini qoyduğu milli platformanın – Azərbaycan Milli Şəhərsalma Forumunun ardınca "Avropa siyasi birliyi” beynəlxalq platformanın yaradılması postmünaqişə dövrünün reallıqlarının təbliğində mühüm rol oynayacaq: "Ölkəmiz bu milli platformanı yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq saldı. "Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.”

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Qarabağı və Zəngəzuru yenidən quracağıq: "Buna heç bir şübhə yoxdur. Bu, milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.”

"Avropa siyasi birliyi” Zirvə Toplantısı, toplantı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, həmşinin Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşü Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunu bir daha təsdiqlədi. Dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiq edildi. Bəyanatda əksini tapan müddəalar dövlət başçısı İlham Əliyevin Azərbaycanın maraqlarını layiqincə qoruduğunu, Ermənistanın isə suveren dövlət olmadığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində Azərbaycan televiziya kanallarına müsahibəsi ölkəmizin beynəlxalq aləmdə artan rolunu, BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etməsini, Qarabağ məsələsinin gündəmdən çıxmasını, dünya birliyinin bu məsələnin Azərbaycanın daxili işi olmasını qəbul etdiyini özündə ehtiva etməklə ölkə və beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında zəngin mənbədir. Praqa görüşündə Ermənistan növbəti mesajını aldı”, - deyə, Malik Həsənov bildirib.



SON XƏBƏRLƏR

2023-03-27

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları