Tehran Mənsimov Xankəndi ətrafındakı döyüşlərdən danışdı

Gündəm / 20.10.2022 10:10

"Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdır. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıcı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdim. Bir qədər rahat oldum ki, sol tərəfdən düşmənin yolu bağlanıb”.

Bunu "Azərbaycan” qəzetinə müsahibəsində polkovnik Tehran Mənsimov deyib.

O bildirib ki, həmin gün ermənilər bütün iriçaplı silahlardan - minaatanlardan, "Qrad” qurğusundan, "Şilka”dan Daşaltını atəşə tutaraq dəfələrlə hücuma keçiblər.

"Lakin tabeçiliyimdə olan şəxsi heyət bir addım da geri çəkilmədi və qəhrəmancasına kəndi saxladılar. Onlardan 67 nəfər şəhid oldu, 120 nəfər yaralandı.

Bu döyüşdə nə qədər erməni məhv etdiyimizi dəqiq bilmədik, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.

Artıq Xankəndi-Şuşa, Laçın-Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırmışdıq. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşduq.

Rəhbərlik etdiyim bölmələrimlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil olduq. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdik. Burada ermənilərin əks-hücumlarını dəf etdik, 18 şəhidimiz oldu. Artıq tabeçiliyimdə 94 nəfər qalmışdı.

Güclü yağış başladı. Hamımız yorğun idik, şəxsən mən 4 gün idi yatmırdım. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücuma keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdik və döyüş başladı. Yuxarı komandanlığın tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul etdik ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tabeliyimdə olan 94 nəfərdən bir hissəsini meşədə saxladım ki, Keybalılar tərəfdən hücumun qarşısını alsınlar”, - deyə o əlavə edib.

Tehran Mənsimov "N” saylı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə deyib ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya girəcəklər.

Bundan sonra iki tankı da Laçından gələn yola çıxarmağı tapşırıb.

"Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladıq. Qayalıqlarla dırmandıq, yaxın məsafədən qarşımızda mövqe tutan erməniləri məhv etdik.

Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafəmiz 10 metrdən çox deyildi və həm də artıq elə bir vəziyyət yaranmışdı ki, əlbəyaxa döyüşürdük. Çünki silahı doldurmağa vaxtımız yox idi. Başımız üstündə pilotsuz uçan aparatları, hər addımbaşı aramsız artilleriya zərbələri, minaatanlardan mərmilər... Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük.

Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə idi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alaq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımda erməni tələsi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı.

Cənab Prezident çıxışlarında bu barədə dəfələrlə danışıb, həqiqətən Şuşa uğrunda döyüşün hərb tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bizə tamamilə yad idi, çünki bilirdik nəyin uğrunda döyüşürük. Bilirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük dönüş nöqtəsi olacaq və düşmənin beli tam qırılacaq. Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi və biz bu inamı və etimadı mütləq doğrultmalıydıq.

Ermənilər şəhərə hücumu Qırmızıbazar və Şuşakənd istiqamətindən gözləyirdilər. Amma biz tamamilə fərqli istiqamətdən şəhərə daxil olduq.

Artıq noyabrın 6-da Şuşada idik. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdik. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdik, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədik. Qeyd edim ki, sonrakı günlərdə də Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlıları və diversantlarına şəhərdə dəfələrlə rast gəlindi.

Noyabrın 7-də ermənilər Şuşanı geri qaytarmaq üçün 1000 nəfərdən artıq heyətlə yenidən hücuma keçdilər. Yer-göy silkələnirdi, şəhər güclü artilleriya atəşinə tutulurdu. Həmin gün 4 əks-hücumun qarşısını aldıq. Şuşa yolu artıq təmizlənirdi və şəhərin müdafiəsinin təşkili üçün iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdim. Artıq Xankəndiyə gedən yolu nəzarətə götürmək lazım idi.

Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adını tarix üçün xüsusi qeyd etməyə borcluyam. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyevin rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı.

Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfimizdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.

Noyabrın 8-də ermənilər şəhərə "İsgəndər” raketi ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Möhtərəm Prezidentimizİlham ƏliyevinŞəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!” bəyanatı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi!

Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayan döyüş təcrübəmə əsasən bilirdim ki, ermənilər tərəfdən əks-hücum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdik.

Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkand-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücuma keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və bizim nəzarətimizdə idi.

Cəmi 50 döyüşçü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurduq. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla bilirdi, buna görə də şiddətli artilleriya atışı və çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi.

9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistan cəbbəxanasında olan ən ağır və dağıdıcı bütün silahlarından – "Smerç” reaktiv raket və "TOS” ağır odsaçan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.

Şuşanın bütün binaları hədəfə alındı. Xüsusilə müdafiəni qurduğumuz qala şiddətli atəşə məruz qaldı.

Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi.

Xankəndiyə gedən yolun sol tərəfində bir qüllənin və böyük xaçın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən isə 40 nəfər qara forma geyinmiş erməni silahlısı hücuma keçdi. Hiss olunurdu ki, bunlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəşi ilə, digər istiqamətdə yığılmış düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv etdi. Həmin gün onların əks-hücumu yatırıldı, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan "TOR” hava hücumundan müdafiə kompleksini məhv etdik”.



SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları