“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
Mədəniyyət / 20.10.2022 10:58

"Hədəf Nəşrləri”nin rüblük ədəbiyyat və sənət dərgisi olan "Ustad”ın 39-cu sayı işıq üzü görüb.
Nəşriyyatdan Zekaisiginda.az-a verilən məlumata görə, jurnalın budəfəki sayı böyük dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub.
Dərgi bir qayda olaraq baş redaktor Şəmil Sadiqin yazısı ilə açılır. O, "Hüseyn Cavid Allah haqqında əsər yazacaqdı” məqaləsində maraqlı məqamlara toxunur.
"Azroman” rubrikasında cavidşünas, tənqidçi Azər Turan "Modernizmin iqlim qurşağına ilk daxil olan şair – Hüseyn Cavid”adlıaraşdırmasında oxuculara çox da məlum olmayan mətləbləri açır. Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova isə "Çağdaşımız Cavid – əsr vaqeələri qarşısında heyrət nidası ilə” yazısında o dövrün ədəbi mühitinə, eləcə də Hüseyn Cavid yaradıcılığına işıq tutur.
Yazıçı Xəyalə Murad "İkibaşlı” rubrikası altında "Müşkinaz Cavid repressiyası”ndan söz açır.
Dərginin müxbiri Humay Hüseynli bu dəfə Hüseyn Cavidin Ev-Muzeyindən reportaj hazırlayıb.
Jurnalist Nuranə Abbasova "Kinopasport” rubrikasında "Polşa estradasının ağ mələyi” adlandırılan Anna German və onun haqqında çəkilən serialdan danışır.
"Poeziya” rubrikasında bu dəfə şairlər Mina Rəşid və Tural Turanın yaradıcılığına yer verilib.
Yazıçı Sevinc Elsevər "Bu kino ki var...” rubrikasında "Şamil Nəcəfzadənin yaradıcılığında repressiya mövzusu və Cavid əfəndi” yazısı ilə oxucuların görüşünə gəlir. Sevinc Elsevər, həmçinin "Gəl uşaq olaq” rubrikasında balaca şairlər Banu İlqarqızı, Ceyran İsmayılova və Rəşid Əzimzadənin şeirlərini təqdim edir.
Filoloq Nizami Hüseynov "Dəyirman daşı” rubrikasında absurd dil qaydaları ilə bağlı "Zamanı gəldi...” deyir. Dərginin bu sayında Nizami Hüseynovun Hüseyn Cavidlə "söhbət”i də yer alıb.
Yazıçı-tərcüməçi Svetlana Turan "Yerli hekayə” rubrikasında "Günəşin insanları” hekayəsini təqdim edir.
Yazıçı Cəmilə Məmmədli "Sərhədsiz incəsənət” rubrikasında "Öldürən rəqsdən həyata bağlayan rəqsə” yazısı ilə paralelləşdirmələr aparır.
Redaktor İlahə Əhmədova "Kitab rəfi” rubrikasında "30024” yazısı ilə Ülviyyə Tahirin "Şükriyyə taleyim” kitabından danışır.
Yazıçı Ceylan Mumoğlu "Psixotrap” rubrikasında "Hüseyn Cavid yaradıcılığında İblis psixikası”nı açmağa çalışır.
Yazıçı Əlabbas Erix fon Denikenin "Tarıların arabaları” kitabını "Hədəfdəkilər” rubrikasında "Hamının oxumalı olduğu kitab” adlandırır.
Şair-tərcüməçi ÜmidNəccari "Yad sətirlər” rubrikasında yunan şair Yannis Riçosun şeirlərindən bir neçəsini oxuculara təqdim edir.
Dərgi həmişəki kimi Mirzə Bartlbinin "Sözbaz” rubrikası ilə qapanır. Bartlbi bu dəfə şair, yazıçı Rasim Qaracanın "Sənin toxunduğun hər şey” hekayələr kitabını tənqid edir.
"Ustad” dərgisinin illüstrasiyalarını isə rəssam Vasif Səftərov və balaca rəssamlar Zivər Rzayeva ilə Zeynəb Quluzadə çəkiblər.
Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları