Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark”ın birinci mərhələsinin açılışında iştirak ediblər - YENİLƏNİB

Gündəm / 20.10.2022 18:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

"Report" xəbər verir ki, dövlət başçılarına kompleks barədə məlumat verilib.

Bildirilib ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan "Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış ət məhsullarının paketlərinin üzərinə "Made in Karabağ” etiketlərinin ilk nümunələrini vurublar.

Dövlət başçıları "Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak ediblər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət ediblər.

Məlumat verilib ki, "Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların "Made in Karabağ” brendi ilə dünya bazarına çıxarılması üçün "Aqro Market” də qurulacaq.

Qeyd edək ki, "Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində "Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı "Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Sonra konsert proqramı təqdim edildi və kompleks barədə videoçarx nümayiş olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.

Prezidentİlham Əliyevdeyib:

- Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.

Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz!” deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada "Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu "Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu "Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu "Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!

PrezidentRəcəb Tayyib Ərdoğandeyib:

- Hörmətli qardaşım İlham Əliyev ilə birlikdə bir il əvvəl burada bu "Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını, haradan-haraya deyərək müəyyən etdik.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək.

Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək.

Mən başda İlham qardaşım olmaqla "Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm.

İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm.

Daha sonra dövlət başçıları "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.

15:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

"Report"xəbər verir ki, dövlət başçılarına kompleks barədə məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.

Sonra dövlət başçıları "Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.



SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları