Güclü komanda ilə yeni hədəflərə doğru
Siyasət / 18.11.2022 11:47

ÖlkəmizinsiyasihəyatındamühümroloynayanYeniAzərbaycanPartiyasınınyaradılmasının 30 illiyidir.Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizdəağırictimai-siyasi və sosial-iqtisadi vəziyyətinfonunda yaradılan partiyanın qarşısında bir məqsəd vardı. Ölkəni böhrandan, xaosdan çıxarmaq. 1992-ci ilin oktyabr ayında ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə yeni partiyanın yaradılmasını təklif etdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürdülər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Ümummilli Lider "Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məqalə ilə ziyalıların müraciətinə müsbət cavab verdi. "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə, ümummilli lider bildirmişdi. Nəhayət, noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Böyük siyasi təcrübəyə malik Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Ulu Öndərin Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra ideologiya işlərinə xüsusi diqqət yetirdi. O, azərbaycançılıq konsepsiyasını irəli sürdü, demokratik prinsipləri əsas götürərək partiyanı daha da gücləndirdi. Nəhayət, 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-2003-cü illər partiyanın tarixində olduqca mühüm mərhələ idi. Torpaqları işğal altında olan, müəyyən xarici qüvvələrin məkrli planlarının icra edildiyi bir ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etmək, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər görmək həm zəruri idi, həm də çətin. Təbii ki, ümummilli lider Heydər Əliyev siyasi təcrübəsinə, müdrik ağlına və xalqın dəstəyinə arxalanaraq bu işlərin öhdəsindən layiqincə gələ bildi.
Partiyanın inkişafı və sıralarının genişlənməsi Prezident İlham Əliyev əməyi sayəsində daha da gücləndi. 1999-cu il dekabrında Yeni Azərbaycan Partiyasının I Qurultayında o, partiya sədrinin müavini seçilməsi ilə gənclərin YAP-a axınını sürətləndirdi. İlham Əliyev 2001-ci ildə sədrin birinci müavini, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildə isə YAP-ın III Qurultayında partiyanın rəsmi sədri seçilib. Prezident İlham Əliyevin ölkəmizə və Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi ilə həm Azərbaycanın, həm də partiyanın tarixində yeni mərhələ başladı. Bu mərhələ Heydər Əliyev epoxasının İlham Əliyev erası kimi də qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının 30 illiyini "Heydər Əliyev İli” ərəfəsində qeyd edirik. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qüdrəti artdı və beynəlxalq nüfuzu gücləndi. Dünya siyasi arenasında mövqeyimizin güclənməsi, milli həmrəyliyin möhkəmlənməsi bizə 44 günlük Vətən Müharibəsində qələbə qazandırdı. Partiyamız var gücü ilə Vətən Müharibəsində ordumuza dəstək oldu. Üzvlərimiz müharibədə olduqca fəal iştirak etdilər. Bu Zəfər nəticəsində həm ölkəmizin qarşısında, həm də bütövlükdə regionda yeni çağırışlar və reallıqlar yarandı. Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini məhz bu reallıqlar əsasında qurur. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyamızın sədri, dövlətimizin başçısı İlham Əliyev qarşımıza konkret vəzifələr qoydi. Möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi, Azərbaycanın postkonflikt dönəmində davamlı uğurlar əldə etməsi, dayanıqlı və etibarlı zəminin yaradılması prosesində partiyamız fəal rol oynayır. Partiyamız bütün gücündən istifadə edərək yeni geosiyasi çağırışlardanirəli gələn tələblərin reallaşdırılmasına çalışır, məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın inkişafına mühüm töhfələr verir.
Yeni Azərbaycan Partiyasında yeniləşmə, inkişaf və intibah dövrü bu gün də davam etməkdədir. İndi biz cəmiyyətin bütün sahələrində partiyanın rolunu, xidmətlərini görürük. Partiyamızın 30 illik tarixinə nəzər saldıqda böyük zəhmət, düşünülmüş strategiya, demokratik islahatlar yolu ilə inkişaf və Zəfər görürük. İqtidarda olmasına baxmayaraq, partiyamız müxalifət düşərgəsində olan siyasi təşkilatlarla daim dialoq aparır, onların da güclənməsi, siyasi proseslərdə aktivliklərinin artması üçün konkret təkliflərlə çıxış edir.
Qarşıda Yeni Azərbaycan Partiyasını çətin və şərəfli siyasi mübarizə yolu, yeni reallıqlardan irəli gələn hədəflər gözləyir. Gücünü xalqdan alan bir siyasi partiya üçün aşa bilməyəcəyi maneə yoxdur. Daha güclü komanda ilə yeni hədəflərə doğru inamla irəliləyəcəyimizə heç kəsin şübhəsi olmamalıdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
12:53 Yaşar Gülər Zakir Həsənovu təbrik etdi
12:53 Nazir bütün istiqamətlərdə uğur qazanıldığını AÇIQLADI
12:40 "Ordumuzun Xankəndiyə hücum etməsi tamamilə yalandır" -Müdafiə Nazirliyi
11:44 Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ
11:39 "Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev
11:22 Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi
11:15 Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürdü
10:30 Ordumuz Ağdərənin Çərəkdar kəndində
10:00 "Erməni silahlı qüvvələri tərksilah edilir" - Hikmət Hacıyev
2023-09-20
18:02 "Bakı İrəvanla danışıqlar aparmağı planlaşdırmır" - Ceyhun Bayramov
17:52 “Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb” - Hikmət Hacıyev
17:49 “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək” - Elçin Əmirbəyov
17:47 Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA
17:07 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
17:06 Ulu öndərlə olan xatirə fotosunu Prezidentə təqdim etdi
17:02 Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: “ASALA təhlükəsi var”
16:55 "Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq" - Cevdet Yılmaz
16:36 İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
16:23 İlham Əliyev görkəmli siyasətçi, Paşinyan isə uğursuzdur - Korotçenko
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları