Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət / 24.11.2022 09:40

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə"Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Akka Moha Ponhea Çakri Henq Samrin ilə görüşüb.

Kamboca Milli Assambleyasının sədri Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, deyib ki, bu səfər Azərbaycan və Kamboca arasında dostluq münasibətlərinin göstəricisidir. O, Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi statusunda üzv olması münasibətilə təbriklərini çatdırıb və Kamboca parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib.

Ölkələrimiz arasında diplomatik əlaqələrin 28 il əvvəl yaradıldığını söyləyən Milli Assambleyanın sədri ölkə başçılarının səyləri ilə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini qeyd edib. O, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını diqqətə çatdırıb.

O, parlamentlərimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib və inamını ifadə edib ki, deputatlarımız müxtəlif səviyyələrdə daha sıx əməkdaşlıq edəcək.

Milli Assambleyanın sədri ölkəsinin Qoşulmama Hərəkatında və onun Parlament Şəbəkəsində fəaliyyətə önəm verdiyini bildirib. O, kambocalı deputatların Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən ilk konfransında iştirakını xatırladaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədrinə təbriklərini çatdırıb.
Görüşdə Henq Samrin, həmçinin, ölkəsində həyata keçirilən siyasət, əldə olunan nəticələr və Milli Assambleyanın fəaliyyəti barədə məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə və Baş Assambleyada iştiraka dəvətə görə təşəkkürünü bildirərək, əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.

Spiker Sahibə Qafarova Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü irəli sürüb və 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub, onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Milli Məclisin sədri Bakı konfransında Kamboca nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr, Parlament Şəbəkəsinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən təşkilati işlər haqqında geniş məlumat verib.

Sahibə Qafarova ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan söz açıb, parlamentlərdə qarşılıqlı dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrə toxunub. Spiker bu yaxınlarda Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdıraraq, qrupun yaradılmasını parlamentlərarası əməkdaşlığın inkişafında mühüm addım adlandırıb. Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin önəmindən danışıb.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi səylər haqqında məlumat verib. O, hazırda Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün atdığı əməli addımlardan bəhs edib. Sahibə Qafarova nəzərə çatdırıb ki, artıq Azərbaycanda Böyük Qayıdışa start verilib və keçmiş məcburi köçkün ailələri öz evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina aparılan bərpa və quruculuq işlərinə maneə törədir. O, bildirib ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh arzulayır və ölkəmiz işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.

Görüşün sonunda Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub. Qeyd olunub ki, bu sənəd parlament diplomatiyamızın genişlənməsinə və ikitərəfli əlaqələrimizin güclənməsinə xidmət edəcək.



SON XƏBƏRLƏR

2022-11-28

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları