Malik Həsənov: Ulu Öndər hakimiyyətə qayıdışı ilə bugünkü uğurlarımız üçün möhkəm təməl yaratdı
Siyasət / 12.12.2022 14:36

"Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin bərpasının ilk illərinə diqqət yetirməyə böyük zərurət duyulur. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlili Azərbaycanın bugünkü inkişafına, tərəqqisinə görə kimə borclu olduğumuza aydınlıq gətirir. 1993-cü ilin may-iyununda ölkədə yaranan gərginlik, mürəkkəb hadisələr Azərbaycanın müstəqilliyi üçün ən böyük təhlükə idi. Respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran daha da dərinləşərək son həddə çatmışdı. Daxili sabitlik pozulmuş, ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq niyyətlərini həyata keçirmək istəyi vəziyyəti daha da ağırlaşdırmışdı. Bir sözlə, Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Belə çətin dövrdə xalq üzünü xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Xalqımız bilirdi ki, ən çətin anlarda dövlətinin, xalqının yanında olan Ümummili Lider zəngin dövlətçilik təcrübəsinə söykənərək Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək. Elə də oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhrandan xilas etdi. 1994-cü il may ayının 12-də dahi şəxsiyyətin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişi imzalandı. Bununla da daxili sabitliyin, bütün sahələrdə inkişafın əsası qoyuldu. 1993-cü il oktyabrın 3-də xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən ulu öndər Heydər Əliyev andiçmə mərasimində "And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam” söyləməklə hədəfləri açıqladı, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində davamlı uğurlara imza atdı.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, xalqına verdiyi bütün vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan Ümummilli Lider "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” bəyan etdi: "Ulu öndər Heydər Əliyevin bu çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha da sıx birliyini, həmrəyliyini şərtləndirdi, həyat amalına çevrildi. Müstəqil Azərbaycanın əsas ideyasının azərbaycançılıq olduğunu önə çəkən Ümummilli Lider bildirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli, qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Azərbaycanın dünyaya səs salan tarixi Zəfərində dünya azərbaycanlılarının birliyi əhəmiyyətli rol oynadı. Bu ilin qürurverici hadisələrindən bəhs edərkən Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın Dünya azərbaycanlılarının Zəfər qurultayına şahidlik etməsini xüsusi qeyd etməliyik.”
Millət vəkili bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi və siyasi müstəqilliyin rolunu önə çəkən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanda yaradılan sabitlik ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoydu: "Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi daha da möhkəmləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması əməkdaşlığın coğrafiyasının genişlənməsinə, regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına səbəb oldu. Bu fikir daim böyük inamla qeyd edilir ki, "Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq mövqeyinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır.”
"Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümküm deyil. Reallıq budur ki, Onun şah əsəri olan müasir müstəqil Azərbaycan dünyaya Günəş kimi doğdu. Ümummilli Lider, eyni zamanda, 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın tarixi Zəfərinin əsasını qoydu. Belə ki, cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili Azərbaycanın Qələbəyə hazırlığına, torpaqlarımızın işğaldan azad edilməsinə yönəldi. Ölkəmiz bütün sahələrdə uğurlu nəticələrə nail oldu. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İki il bundan öncə möhtəşəm Qələbəmiz tarixi ədaləti bərpa etdi, 30 illik işğala son qoydu, yeni reallıqlar yaratdı. Hazırda Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Tezliklə Böyük Qayıdış proqramı uğurla başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq”,- deyə Malik Həsənov bildirib.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları