Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”

Cəmiyət / 14.11.2018 17:50

"Müzakirəyə təqdim olunmuş 2019-cu ilin dövlət büdcəsi mükəmməl və gələn ilin çağırışlarına uyğun hazırlanıb".

Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Azər Badamov deyib:

"Dövlət büdcəsi layihəsi demək olar ki, bütün maddələr üzrə 2019-cu ildə artımlarla nəzərdə tutulmuş, bu da ölkədə makroiqtisadi sabitliyi qorunub saxlamaqla iqtisadiyyatımızın inkişaf dinamikasının təmin olunmasına şərait yaradacaq.

Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilməyə başlanmış iqtisadi islahatların uğurla icrasının göstəricisidir ki, büdcəmiz artır, ölkədə sosial və investisya mühiti yaxşılaşır, göstəricilərimizin müsbət dinamikası davam edir.

Onu da qeyd etmək istəyirəm ki, 2019-cu ildə nəzrədə tutulan büdcə-vergi islahatları ölkədə kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının azalmasına, şəffaflığın artmasına və ümumilikdə iqtisadiyyatın qeyri – neft sektorun inkişafına yeni imkanlar yaradacaq.

Bu da sonraki illərdə dövlət büdcəsinin neftdən asıllığnın azalmasında özünü göstərəcək".

Ümumilikdə götürüləndə dövlət büdcəsi layihəsini müsbət dəyərləndirirə deputat və bununla yanaşı bir neçə təklifimi səsləndirib:

"Birinci onu qeyd etmək istəyirəm ki, tələbələr və pensiyaçılar cəmiyyətin sosial müdafiəsinə daha çox ehtiyacı olan təbəqəsidir.

Bir çox ölkələrdə tələbələrə ictimai nəqliyyatda hərəkət etməsində güzəştlər tətbiq olunur. Belə güzəşt məqsədi ilə tələbələrə tələbə kartı verilir və həmin kart vasitəsilə ictimai nəqliyyatda ödəmələr həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, Bakıda ictimai nəqliyyatın əksəriyyəti kartla ödənişə keçib və güzəştin şəffaf tətbiqinə imkanlar mövcuddur. Ölkəmizin inkişaf səviyyəsi, dövlət büdcəsinin maliyyə proqnozları tələbələrə güzəştlərin tətbiq edilməsinə imkan verir.

Düşünürəm ki, güzəştli tələbə kartların verilməsi böyük vəsait təşkil etmir və tələbələrə belə güzəşt tətbiq olunmasına dövlət büdcəsində vəsait nəzərdə tutulsa, yaxşı olardı . Əgər bu məsələni reallaşdıra bilsək on minlərlə tələbənin sosial durumunun yaxşılaşdırılmasına töhvə verməklə, tələbələrimizi sevindirmiş olarıq. İkinci təklifim seçildiyim rayonla bağlıdır. Qusar idmançılar rayonudur və dövlət başçısının idmançılara olan xüsusi diqqətindən Qusarın gəncləri də yararlanırlar.

Fiziki sağlam gənclər ölkəmizin müdafiəsi üçün əsgərdir. Qusar gəncləri hər zaman ölkəmizin ərazi bütövlüyünün qorunmasında hazırdırlar və həmişə ön cərgədə dayanıblar. Qusar rayonun Şah Dağ adında bir futbol komandası var. "Şahdağ” futbol komandası və Qusarın futbol sevərləri şəhərin mərkəzi futbol meydançasında məşqlər edir, yarışlara hazırlaşırdılar. Bu meydança həm də yeni futbolçuların və fiziki sağlam gənclərin yetişməsi üçün bir baza idi. Son illər həmin futbol meydançası tam sökülərək yenidən qurulması üçn işlərə başlanmışdı. Amma maliyyə problemi və digər problemlərlə əlaqədar futbol meydançasının tikintisi tamamilə dayanmışdır. Bu məsələ ilə bağlı Qusarın futbol komandası ilə yanaşı gəncləri də çox narahatdırlar və məslənin həllinə kömək istəyirlər.

Mən iqtisadiyyat, maliyyə, idman və gənclər nazirlərimizdən xahiş edirəm ki, həmin futbol meydançasının tikilib başa çatdırılması üçün maliyyə ayrılsın, tədbirlər görülsün. Çünki, bu çox vacib məsələdir. Ölkəmizdə kənd yolların tikintisi sürətlə aparılır. Son vaxtlar Cənab prezdentin imzaladığı sərəncamların əksəriyyəti də kənd yollarının tikintisi ilə bağlıdır. Məhz bunun bariz nümunəsidir ki, ölkəmizin kənd yolları süətli inkişaf mərhələsini yaşayır.

Müasir yol tikintisi Qusar rayonda da yüksək səviyyədə icra olunur və bununla yanaşı Qusarın 11 kəndin sakinlərini narahat edən və çoxlu müraciətlər daxil olunan bir məsələ Qusarın Həzrə -Sudur yolunun tikintisi ilə bağlıdır. Qeyd etdiyim yol strateji əhəmiyyətə malik olmaqla yanaşı çoxlu kəndlərin yerləşdiyi, əhalinin məskulaşdığı bir ərazidə yerləşir.

Qeyd etdiyim yol çox köhnəlmiş və payız-qış aylarında keçilməz olur.

İqtisadiyyat və maliyyə nazirlərimizdən xahişim həmin yolun 2019-cu ilin investisya proqramına salınaraq yenidən qurulmasına kömək göstərilməsidir".




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb