Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
Siyasət / 24.01.2023 11:17

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri dünyanın diqqət mərkəzindədir:"Bir sıra beynəlxalq iqtisadi təşkilatlar yaxın illərdə iqtisadi sferada ciddi dönüşlərin olacağını, enerji layihələrinin dərinləşməsi və alternativ enerji mənbələrindən istifadə məsələlərini gündəmə gətirirlər. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi qlobal layihələr xüsusi əhəmiyyət kəsb edir. Avropanın enerji təminatından etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan artan tələbatı qarşılamaq üçün yeni imkanlardan istifadə edir. Bu da yeni enerji layihələrinin həyata keçirilməsi, regionda bu layihələrin qarantı kimi təhlükəsizliyin bərqərar olmasıdır. Qarabağ probleminin həlli bu istiqamətdə önəmli addım olsa da Ermənistanın 10 Noyabr Bəyanatında göstərilən bəndlərə hələ də əməl etməməsi regionun inkişafına ciddi problem yaradır”.
M.Səfərli onu da deyib ki, müsahibədə bir sıra məqamlara toxunan Dövlət başçısı Azərbaycan-Çin ikitərəfli münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb ki, bu da indiki məqamda xüsusi əhəmiyyət kəsb edən məsələdir: "Bildiyiniz kimi Çin dünya iqtisadiyyatında xüsusi yeri və rol olan ölkələr arasındadır. Azərbaycanın da Çinlə iqtisadi və siyasi əlaqələri mövcuddur. Azərbaycanın böyük İpək Yolunun üzərində yerləşməsi bu əlaqələrin tarixi keçmişindən xəbər verir. Eyni zamanda müstəqilliyimizin ilk illərində Çinlə həm siyasi həm iqtisadi əlaqələr qurulub. Bu gün hakim Yeni Azərbaycan Pariyası da Çin Kommunist Partiyası ilə əməkdaşlıq edir. Hər iki partiya arasında əlaqələrin inkişafı, münasibətlərin dərinləşməsi təcrübə mübadiləsinin aparılması Azərbaycan-Çin münasibətlərinə də təsirsiz ötüşməyib”.
M.Səfərli onu da qeyd edib ki, Azərbaycan investisiya mühiti baxımdan əlverişli ölkədir: "Cənab Prezident İlham Əliyev müsahibəsində bu məsələyə xüsusi olaraq toxundu. Qeyd etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin biz investorları gəlməyə məcbur edə bilmərik. Bunun fonunda investorların ölkəmizə cəlbi istiqamətində son zamanlarda atılan addımlar təqdirə layiqdir. Biz bunu Davos İqtisadi Forumu zamanı keçirilən görüşlər zamanı da gördük ki, bir sıra nüfuzlu şirkətlər Azərbaycana investisuya yatırmaqda maraqlıdır”.
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları