”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi

Cəmiyət / 27.01.2023 10:17

Azərbaycan Respublikasının Gənclər Fondunun 16-cı Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən üç ay 20 dekabr 2022 – 20 mart 2023-cü il tarixlərində reallaşdırılacaq "Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” layihəsi həyata keçirilməyə başlayıb. "Gənclər arasında milli mənəvi dəyərlərin, ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği” istiqaməti üzrə keçirilməsinə başlanılan fəliyyətlər haqqında YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov geniş məlumatları media üçün açıqlayıb.

"Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” kulturoloji-innovativ layihəsinin əsas məqsədi, adından da göründüyü kimi, II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizin İKT alətlərindən, yeni imkanlarından yararlanaraq kreativ innovasiyalar və kulturoloji formatlarda yeni nəsil nümayəndələrinə, indiki və gələcək nəsillərə çatdırmaqdır. Layihə həm real, həm də milli İnternet resurslarını, Qlobal İnformasiya məkanında anadilli kontentlərini zənginləşdirməklə, yazılı və audio-vizual formatlarda yeni məhsullar ortaya qoymaqla, gənclər arasında milli-mənəvi dəyərlərin populyarlaşmasına səbəb olacaq, qazi və şəhid ailələrin nümayəndələrinə sayğı və sevgini yüksəltməyə xidmət edəcək.

Layihənin əsas hədəfi Qarabağda şəhid olmuş iki Lənkəranlı qəhrəman – Kamran Əliyev və Romir Əliyev simasında müharibə iştirakçıları haqqında sənədli film çəkmək, İnternet TV formatında veriliş hazırlamaq, onların geniş yayımı, sosial şəbəkələrdə tanıtımını təşkil etməkdir. Feysbukda ayrıca Virtual Resurs yaratmaq, Vətən müharibəsinə həsr olunmuş müəlliflərin əsərləri, şəhidlər haqqında yazılardan ibarət rəqəmsal kitabların hazırlanması, yayımı, Bakı və Lənkəranda 2 təqdimat mərasiminin təşkili nəzərdə tutulub. Qarabağ müharibəsi/münaqişəsi tarixi, mədəniyyəti, abidələri, savaşları haqqında, eyni zamanda yerli yaradıcı insanlarının əsərlərindən ibarət elektron nəşrlərin hazırlanması, ayrıca mini e-kitabxana bölümünün yaradılması / yayımı, tanıtımının təşkili nəzərdə tutulub.

Layihədə gənclər, eləcə də müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər – real olaraq: Bakı şəhərində və Lənkəran rayonunda yaşayanlar, şəhid və qazi ailələrinin nümayəndələri, qazilər, kənd icmasının nümayəndələri, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər bəhrələnəcək. Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri – xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələnəcəklər. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və alternativ – məsafəli təhsil imkanlarının artırılmasına, elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və başqaları yararlana biləcək.

Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm qələbəsi, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin tanıdılması, Lənkəranlı qəhrəmanların igidliyi, əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan, Qarabağ və qəhrəmanlar haqqında yaradılan sənət nümunələrinin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, ictimaiyyətin müzakirəsinə buraxılacaq.

Layihə uğurla yekunlaşdırılandan sonra da fəaliyyətlər davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək. Davamlı olaraq Qarabağ qəhrəmanlarının tanıtımı istiqamətində İnternetüstü, müxtəlif formalarda fəaliyyətlər daha da genişləndiriləcək və ardıcıl işlər görüləcək. Yaradılacaq sosial şəbəkə resurslarında yenə də bu mövzuda müxtəlif materiallar paylaşılacaq. İnternetdə, elektron kitabxanada, sosial mediada, sosial şəbəkələrdə yeni formatlarda, vətənpərvərlik mövzusunda elektron kitablar, rəqəmsal nəşrlər, eləcə də yeni kreativ materiallar onlayn-oflayn yayımlanacaq, daimi fəaliyyət göstəriləcəkdir. Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş çəxslər haqqında hazırlanacaq elektron kitablardan ibarət virtual sərgi ardıcıl təşkil olunacaqdır. Mütəxəssislər tərəfindən bu layihənin həm peşəkar dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradılacaq. Gələcəkdə milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik ədəbiyyatının müxtəlif istiqamətlərinə aid elektron kitabxanalar, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq. Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir. Layihənin növbəti mərhələsi hazırlanaraq donor təşkilatlara təqdim olunacaq.

Ayxan – Hidayət Əbilli,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin

sədr müavini, yazar-bloqqer



SON XƏBƏRLƏR

2023-03-27

19:10 Cozef Bayden: "ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm"

19:02 ABŞ Prezidenti: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyimizi bir daha təsdiqləyirik"

18:58 Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib

18:06 Azərbaycanın sülh və təhlükəsizliyə verdiyi töhfə

16:01 Deputatlar İsrailə gedir

15:57 Talış kəndindəki orta məktəbdə ilk zəng çalınıb

15:33 COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir

15:32 Dünya azərbaycanlılarının soyqırımı ermənilərin məkirli siyasətinin acı nəticəsidir

15:25 Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı

15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub

14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları