Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
Xəbər / 15.03.2023 09:35

Bu gün Azərbaycan Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam olur.
Adalet.azxəbər verir ki, 15 mart 2003-cü il tarixdə ölkə jurnalistlərinin I qurultayında yaranmış Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir.
Mətbuat Şurası fəaliyyətinin ilk günlərindən ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq qərar və rəylər çıxarmağa başladı.
Ötən müddətdə Şuraya ümumilikdə 15 minə yaxın şikayət daxil olub. Bu şikayətlərdə əksini tapan motivlər jurnalistikamızın təmiz adının özünə qaytarılmasına, kütləvi informasiya vasitələrimizin saflaşmasına olan ehtiyacı aşkar şəkildə ortaya qoyurdu.
Mətbuat Şurası yalnız şikayətlərin araşdırılması ilə kifayətlənmədi. Qurum, eyni zamanda, media ilə bağlı tematik tədbirlər keçirdi, jurnalistikamızda peşə dəyərlərini aşılamaq istiqamətində ardıcıl layihələr reallaşdırdı, müxtəlif təşəbbüslər irəli sürərək tanındı, etimad qazandı.
Ötən 20 il Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından da zəngin oldu. Qurum Avropa Mətbuat Şuraları Alyansına, Dünya Mətbuat Şuraları Assosiasiyasına qəbul edildi. Şuranın İdarə Heyətinin üzvləri bu qurumların, eləcə də BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu təşkilatların meda ilə bağlı çoxsaylı konfrans, seminar və "dəyirmi masa”larına qatıldılar. Şuranın dəstəyi ilə Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı təşkil olundu.
Türk dünyası mediasının konsolidasiyasını vacib sayan Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycan Türkdilli Ölkələrin və Toplumların Media Forumu kimi önəmli hadisəyə evsahibliyini həyata keçirdi. Şura Türkdilli Ölkələrin və Toplumların Media Birliyi ideyasının həyata keçməsində də mühüm rol oynadı.
Müxtəlif illərdə Mətbuat Şurasının istər qanunvericiklə bağlı, istərsə də medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılmasına yönələn təklifləri oldu. Beləcə həm də onun fəaliyyət qayəsini təşkil edən cəmiyyət-mətbuat-hakimiyyət oxu özünün səmərəli əməkdaşlıq müstəvisinə qədəm qoydu.
Ölkə jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçildi. Bu tərkib əvvəlki illərdə toplanmış təcrübəni genişləndirmək və daha səmərəli fəaliyyət göstərmək əzmindədir.
2023-03-27
19:10 Cozef Bayden: "ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm"
19:02 ABŞ Prezidenti: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyimizi bir daha təsdiqləyirik"
18:58 Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib
18:06 Azərbaycanın sülh və təhlükəsizliyə verdiyi töhfə
16:01 Deputatlar İsrailə gedir
15:57 Talış kəndindəki orta məktəbdə ilk zəng çalınıb
15:33 COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir
15:32 Dünya azərbaycanlılarının soyqırımı ermənilərin məkirli siyasətinin acı nəticəsidir
15:25 Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları