Dünya azərbaycanlılarının soyqırımı ermənilərin məkirli siyasətinin acı nəticəsidir

Siyasət / 27.03.2023 15:32
20 minə yaxın azərbaycanlının amansızcasına öldürüldüyü, on minlərlə insanın itkin düşdüyü 31 mart soyqırımının növbəti il dönümüdür. Bu hadisə barəsində aparılan tarixi araşdırmalar və ortada olan faktlar onu deməyə əsas verir ki, baş verənlər erməni xislətinin acımasız üzüdür.O ermənilər ki. tarix boyu azərbaycanlılara qarşı müxtəlif terror və soyqırım hadisələri həyata keçirib və tarixin elə bir üzü yoxdur ki, biz bu soyqırımları qeyd etməyək.

Məsələnin mahiyyətinə gəlincə "Böyük Ermənistan” xülyasına düşən mənfur qonşularımız bu röyalarını həyata keçirmək üçün sadə, əliyalın insanları xüsusi amansızlıqla öldürərək onları qorxutmaq, Bakı ilə yanaşı regionlarda çaşqınlıq yaratmaq niyyətində idilər. Baş vərənlər sadəcə insan övladına qarşı xüsusi amansızlıq kimi qiymətləndirilir. Hadisə şahidlərinin dediklərindən aydın olur ki, məqsədli şəkildə həyata keçirilən prosesdə qadın və uşaqlar da hədəf olub. O zamankı hadisələrin canlı şahidlərindən olmuş Kulner familyalı alman bunları yazıb: ""Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır”.
Hadiəslərin coğrafiyası və siyasi motivləri barəsində aparılan araşdırmalar zamanı məlu olur ki, ermənilər bu hadisələr zamanı yalan və saxta məlumatlarla o zaman Xəzər dənizində olan Rus donanmasını aldatmağa və onların şəhərə atəş aşmasına müvəffəq olmuşlar. Eyni zamanda Bakı ilə yanaşı Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə eyni motivli cinayətlərin işlənməsi insanlığa qarşı törədilmiş terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki. hadisələr zamanı insan itkisi ilə yanaşı sözgedən ərazilərdə tarixi abidələrə ciddi ziyan dəyib, infrastruktur demək olar ki, təmamilə dağıdılıb.

Soyqırımla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalanaraq erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu mənada Quba Soyqırımı Memorial Kompleksi ermənilərin təcavüzkar siyasətinin və soyqırımı hadisələrinin ifşa olunmasına, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Sonda o da qeyd olunmalıdır ki, aparılan məqsədyönlü siyasət nəticəsində ABŞ-ın bir sıra ştatlarında 31 mart – Azərbaycanlıların soyqırımını tanıyan qətnamələr qəbul edib, bəyanatlar verilib.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı


SON XƏBƏRLƏR

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları