Bilik Fondu “Uşaq hüquqları aylığı” çərçivəsində balaca Zəhranın məzarını ziyarət edib

Cəmiyət / 20.11.2018 17:10

Bilik Fondu İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək keçirilən "Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici xeyriyyə tədbiri keçirib.

FonddanAdalet.az-averilən məlumata görə, tədbir çərçivəsində Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Fondun baş məsləhətçisi Ceyhun Musayev və aparıcı məsləhətçi Elvin Hətəmovun iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan Saatlı məktəbliləri Füzuliyə yola düşüblər. Qonaqları bu rayonda İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazova və Fondun Füzuli rayonu üzrə nümayəndəsi, Horadiz şəhər T.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva qarşılayıblar. Məktəblilər Fondun Saatlı rayonu üzrə nümayəndəsi, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Mehriban Ağayevanın təşəbbüsü ilə "Zəhra faciəsi - başlamadan bitən ömür” devizi altında ötən ilin 4 iyul tarixində Füzuli rayonu Alxanlı qəsəbəsinin erməni qəsbkarları tərəfindən qətlə yetirilmiş 2 yaşlı sakini Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət edib və onun ailəsi ilə görüşüblər.

Səfər çərçivəsində Saatlı rayonu Hacıqasımlı kənd tam orta məktəbində təhsil alan şagirdlərlə Füzuli rayonu Alxanlı kənd tam orta məktəbinin şagirdləri arasında "Qardaşlaşma sazişi” imzalanıb.

Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Qabil Əliyev tədbiri açaraq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, imzaladıqları sazişdə əksini tapan tövsiyə və tapşırıqlara həvəslə əməl edəcəklərinə əmin olduğunu bildirib. Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Alxanlı kənd tam orta məktəbinin direktor müavini Pənah Hüseynov çıxış edərək Bilik Fondunun maarifləndirici layihələrini mütəmadi izlədiklərini və gənclərin hərtərəfli inkişafında bu layihələrin rolunu vurğulayıblar.

Fondun mətbuat katibi Ceyhun Musayev Azərbaycanın bütün sahələrdə işğalçı Ermənistandan güclü olduğunu, hər bir vətəndaşın torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Zəhranı, sərhədyanı bölgələrdə yüzlərlə dinc sakini qətlə yetirən qəsbkarlar tezliklə cəzalarını alacaqlar.

Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət nəticəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması böyük qələbənin qazanılacağı günün uzaqda olmadığını bir daha təsdiqləyib. Fondun ümumilikdə 65 məktəbi qardaşlaşdırdığını vurğulayan C.Musayev məktəbliləri bir-biri ilə daim ünsiyyətdə olmağa, bilik mübadiləsi aparmağa, dövlətə sədaqət, vətənə sevgi hissi ilə yaşamağa çağırıb.

Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Qabil Əliyevin müşayiəti ilə Saatlı məktəbliləri Tarix-Diyarşünaşlıq Muzeyi, Qəhrəmanlar Parkı, Bayraq Meydanı ilə tanış olub, Xocalı faciəsi, 31 mart – azərbaycanlıların soyqırımı qurbanlarının, Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidələri ziyarət ediblər.




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb