İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
Dünya / 18.05.2023 19:29

Parisdə fəaliyyət göstərən "ƏRK" Azərbaycan İnsan Haqları Cəmiyyəti İranın BMT-nin İnsan Haqları Sosial Forumunun rəhbər təyin olunması ilə əlaqədar bəyanat yayıb.
"Report”xəbər verir ki, sənəddə BMT İnsan Hüquqları Şurasının 2023-cü il üzrə rəhbəri üzv dövlətlərə məktub göndərdiyi bildirilib:
O, məktubunda noyabrın 2-3-də BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun Cenevrədəki mənzil-qərargahda keçiriləcəyini və tədbirə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreynin rəhbərlik edəcəyini yazıb. İran nümayəndəsi BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib. Bu tədbirdə postpandemiya dövrü də daxil olmaqla insan hüquqlarının qorunmasında texnologiyanın rolu araşdırılacaq. Bu məsələdə İslam Respublikası "rekord” vurub. İki gün əvvəl BMT İnsan Haqları Şurası İranda edam dalğasından dərin narahatlığını bildirib. Şuranın açıqlamasında bildirilir ki, bu il İran hökuməti orta hesabla hər həftə 10 nəfəri edam edib və bu rəqəmi "dəhşətli” adlandırıb. Şura İran hökumətindən dünyanın digər ölkələrində olduğu kimi, edamları dayandırmağı tələb edib”.
Bəyanatda vurğulanıb ki, İran dünyada öz xalqının insan haqlarını kobud və davamlı şəkildə pozmaqda ittiham olunan azsaylı ölkələrdəndir: "BMT İnsan Haqları Şurası bunun üçün xüsusi məruzəçi təyin edib. Bununla belə, İslam Respublikasının hakimiyyət orqanları xüsusi məruzəçinin İrana daxil olmasına icazə verməyiblər. "ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikası nümayəndəsinin BMT İnsan Haqları Şurasının Sosial Forumunun sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etirazını bəyan edir. Çünki İran bütün sahələrdə insan haqlarını, o cümlədən qeyri-fars millətlərin hüquqlarını pozur və Ümumdünya İnsan Haqları Xartiyasına əməl etmir. ƏRK cəmiyyəti digər hüquq müdafiəçiləri ilə birlikdə İranın İnsan Haqları Şurasının Sosial Forumuna sədrliyini ləğv etmək üçün bütün səylərini əsirgəməyəcək”.
"BMT-nin müxtəlif departamentlərinin rəhbərlərinin seçilməsi rotasiya ilə keçirilir, ona görə də bəzən seçimlər uyğun olmur. İran BMT-nin İnsan Haqları Şurasının sədrliyinə Asiyadan yeganə namizəd idi və başqa namizəd yox idi. Bu vəziyyət Rusiya ilə də bağlı baş verdi. Belə ki, ötən ay Rusiya bu təşkilatın ən mühüm orqanı olan Təhlükəsizlik Şurasının rəhbəri seçildiyindən BMT İnsan Haqları Şurasından çıxarılıb. BMT-nin "Human Rights Watch” təşkilatı bu təyinatın ləğvi üçün kampaniyaya başlayıb. İnsan haqları institutunun başına minlərlə günahsız insana vəhşicəsinə işgəncələr verən, onları edam edən bir rejimin təyin edilməsi qəbul edilə bilməz. İndi insan haqları müdafiəçilərinin 2023-cü ilin noyabrına qədər altı ay vaxtı var ki, İranı "Qadın Statusu Komitəsi”ndən çıxardıqları kimi, bu vəzifədən də uzaqlaşdırsınlar. Qeyd edək ki, insan hüquqları üzrə beynəlxalq ekspert, hüquq elmləri doktoru, yazıçı, "United Nations Watch” təşkilatının icraçı direktoruHillel Noyer İranın BMT-nin İnsan Haqları Sosial Forumunun sədri təyin edilməsini "üzə vurulan sillə” adlandırıb: "Bizim petisiyamızı 50 mindən çox insan imzalayıb. 100 minə çatdıqda, noyabrda BMT İnsan Haqları Şurasının Forumunun açılışına qədər təyinatın ləğvi və İran İslam Respublikasının sədrlik vəzifəsindən uzaqlaşdırılması haqqında qətnaməni yayacağıq”, - sənəddə qeyd olunub.
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
2023-05-22
16:38 İmtahan həyəcanı
2023-05-18
19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"
18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları