Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

Mədəniyyət / 25.05.2023 10:19

17-20 may 2023-cü il tarixlərində Qırğız Respublikasının Oş şəhərində Çingiz Aytmatovun 95 illik və Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirilib. Festivalın əsas təşkilatçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yer alıb.

Festival çərçivəsində dörd gün ərzində 20-dən çox ölkədən elmi, mədəni və yaradıcı nümayəndə heyətləri "Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumunda, sənətkarlıq və xalq yaradıcılığı sərgisində, rəvayətçilərin və dastançıların müsabiqəsində, eləcə də "Mədəni müxtəlifliyin paradı" adlı teatrlaşdırılmış qala - konsertində iştirak ediblər. Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın layihə rəhbəri Mirbek Karıbayev təmsil edib.

Festivalın açılış mərasimində Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakçılara müraciətini oxuyub.

Festival çərçivəsində "Zaman və məkanda dastançının mətni” adlı beynəlxalq elmi-praktik simpoziumu gerçəkləşib. Simpoziumun açılış mərasimində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev, Oş Dövlət Universitetinin rektoru Kudaiberdi Kojobekov çıxış ediblər.

Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş Azərbaycanlı manasşünas Adil Cəmilin "Manas eposu və türk dastançılıq ənənələri” kitabının təqdimatı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Beynəlxalq Türk Akademiyası ilə birgə nəşr etdirdiyi «Сагымбайдын Манасы» kitabının təqdimatının planlaşdırıldığı da diqqətə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən tanınmış türkoloq, tarix üzrə elmlər doktoru Süleyman Kayıpov Adil Cəmilin müəllifi olduğu kitabın "Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Simpoziumda 20-dən çox ölkədən 60-a yaxın alim iştirak edib.



SON XƏBƏRLƏR

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları