Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
Cəmiyət / 30.05.2023 13:22

Ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağa qayıdış konsepsiyasının həyata keçirilməsinə ictimai dəstək get-gedə genişlənir. Bu baxımdan Kəlbəcər rayonunun prokuroru Vüqar Əhmədli sabiq köçkünlərin kompakt məskunlaşdığı yaşayış massivlərində keçirdiyi silsilə görüşlər davam etdirilir. Belə görüşlərin bir hissəsi rayonun tam orta məktəblərinin müəllim və pedoqoji kollektivi, eləcə də şagirdlər və valideynlərin içtirakıyla keçirilir.
Azərbaycan Demokratik Respublikasının yaranmasının ildönümü ərəfəsində təşkil olunan növbəti görüş Xəzər rayonunun Binə qəsəbəsində yerləşən Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində keçirilib. Təşkil olunan təntənəli tədbir və görüşdə də rayon ictimaiyyətinin tanınmış nümayəndələri, ziyalılar, valideynlər, müəllim və şagirdlər iştirak edirdilər.
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbinin direktoru Nehmət Həsənovun çıxışı ilə açılan tədbirdə xüsusi olaraq 28 may 1918-ci ildə tariximizə qızıl hərflərlə yazılmış əlamətdar hadisə münasibətilə şagirdlərin hazırladıqları maraqlı kompozisiyaya ictimai baxış baş tutdu.
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin musiqi müəlliməsi və dərnək rəhbəri İlhamə Əliyevanın rəhbərliyi altında şagirdlərin hazırladığı flaşmob 28 May Respublika Günü münasibətilə nümayiş olundu. Flaşmobun əsas məqsədi şagirlərə, gələcək nəsil nümayəndələrinə Vətənimizi sevmək, dövlət müstəqilliyimizi hər zaman qoruyub saxlamaq kimi yüksək amala xidmət edirdi.
Sonra söz məsul qonağa - Kəlbəcər rayonunun prokuroru Vüqar Əhmədliyə verilib.Tədbir iştirakçılarını təbrik edən rayonun prokuroru Vüqar Əhmədlinin daha sonra məktəbin pedoqoji və texniki kollektivi, müəllimlər, eləcə də valideynlərlə səmimi görüşü baş tutub.
Tədbirdə əsasən dövlətin Qarabağda apardığı quruculuq işləri haqqında söhbət getmiş, bu proseslərin bir hissəsi olaraq bölgə sakinlərinin doğma torpaqlarına qayıdış məsələləri, bərpa işlərinin sürətləndirilməsi, vətəndaş məmnunluğu, qanunvericiliyin aliliyi kimi məsələlərə toxunulan açıq ictimai müzakirələrdə Vüqar Əhmədli ilə yanaşı, geniş ictimaiyyətin nümayəndələrinin də fikirləri səsləndirilib.
V.Əhmədli bildirib ki, 44 günlük II Qarabağ müharibəsinin sonundakı möhtəşəm Zəfərimizi xatırladaraq, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib. Qarabağa xüsusi münasibəti ilə tanınan dövlətimizin başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, "Azərenerji” ASC-nin "Qamışlı” və "Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak etməsi haqqında məlumat verən çıxışçı, kəlbəcərlilərin hər zaman Prezident İlham Əliyevə xüsusi minnətdarlıq duyğuları bəsləməsini vurğuladı.
V.Əhmədli uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərbarədə də məlumat verib. Həmçinin bildirilib ki, dövlətimizin başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerli məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.
Təlim-tərbiyə işləri ürə direktor müavini İlyas Qədimov Qarabağ və Kəlbəcər rayonuna böyük qayıdış proseslərinə tam hazır olduqlarını, indiki pedoqoji fəaliyyətlərini orada da davam etdirməyi səbirsizliklə gözlədiklərini bildirdi.
Məktəbin pisxoloqu olaraq gənc nəslin təlim-tərbiyəsində təhlükəyə çevrilmiş pis vərdişlər, eləcə də kriminal qüvvələrin təsiri, erkən nikah, narkomaniya kimi problemlərə toxunaraq bu istiqamətdə apardığımız fəaliyyətlər haqqında geniş məlumatları tədbir iştirakçıları ilə bölüşdük.
Kəlbəcərin II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların ömür hekayəsini özündə cəmləyən kitabın çapı ilə bağlı qarşılaşdığımız çətinliklər, o cümlədən müxtəlif rayonlara səpələnmiş həssas qrup nümayəndələrinin ailələrinin hər biri ilə fərdi görüşlərimiz haqqında məlumat verdik. Orta məktəblərdə möhtəşəm Zəfər sevincini xalqımıza yaşatməq yolunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin gənclər arasında tanıdılması, eləcə də yeni nəslin vətənpərvər ruhda yetişməsinə təkan vermək üçün hazırladığımız bu dəyərli 600-dən çox səhifəlik kitabın işıq üzü görməsindən ötrü lazım olan maliyyə vəsaitinin ayrılmasının vacibliyini xatırlatdıqda, nüfuzlu qonaq bu aktual məsələni rayon rəhbərliyi səviyyəsində qaldıracağını bildirdi.
Daha sonra tədbir iştirakılarından beynəlxalq dərəcəli hakim, iki dəfə respublika birincisi, bir dəfə isə dünya ikincisi olmuş fiziki tərbiyə müəllimi Yalçın Ələsgərov məktəbin pedaqoji fəaliyyəti haqqında danışaraq, bu istiqamətdə Nehmət Həsənovun rəhbərliyi altında aparılan işləri xatırlatdı.
Müzakirələr zamanı səslənən təklifləri dəyərləndirən Vüqar Əhmədli xatırlatdı ki, əhalinin hüquqlarının qorunması və vəzifə borclarının yerinə yetirilməsinə hər zaman dəstək verilir.
Respublikamızda əsasən kəlbəcərli şagirdlərin təhsil aldığı 109, Bakı şəhəri üzrə 15 tam orta təhsil müəssisəsi fəaliyyət göstərir. Mötəbər qonaq prokuror təyin olunandan sonra bu məktəblərin bir çoxuna ziyarət etmiş, pedoqoji kollektivin üzvləri, valideynlər, Kəlbəcər sakinləri ilə yaxından təmas qurmuş, onların qarşılaşdığı problemlərin həllində köməkliyini əsirgəməyib. Yeri gəlmişkən, onu da bildirək ki, qalan məktəblərin hər birində davamlı görüşlərin keçirilməsi nəzərdə tutulub.
Çıxışçılar onu da vurğuladılar ki, Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində çalışan hər bir şəxs ilə rəsmi əmək müqaviləsi bağlanılıb. Kollektiv əmək qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifələri tam yerinə yetirirlər və bu işdə direktorun əməyi xüsusi dəyərləndirilir.
Görüşdəki müzakirələrə yekun vuran Vüqar Əhmədli onu da bildirdi ki, 37 nömrəli tam orta məktəb Kəlbəcər rayonun nümunəvi orta təhsil ocaqlarından biri sayılır. Qonaq onu da bildirdi ki, rayon sakinlərinin qarşılaşdığı bütün hüquqi problemlərin həllində vəzifə səlahiyyəti çərçivəsində komək göstərməyə hazırdır.
Görüşün sonynda iştirakçılar yaxın vaxtlarda Qarabağa köçməyi, doğma Kəlbəcərdə yaşamaqla bağlı arzularını dilə gətirdilər.
Cəmilə Çiçək (İsbəndiyarova)
Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu,
f.ü.f.d., Prezident təqaüdçüsü
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları