Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
Mədəniyyət / 30.05.2023 15:21

Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
Tədbirdə Macarıstan Milli Assambleyasının, Xarici İşlər və Ticarət Nazirliyinin, Müdafiə Nazirliyinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Macarıstan tarixində inqilabçı kimi yaddaqalan Baş nazir Layoş Koşut və islahatçı Baş nazir Gyula Andrassinin adlarını qeyd edərək Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Ümummilli Lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi ilə hər iki yanaşmanı özündə birləşdirən uzaqgörən siyasət sayəsində böhrandan, həmin dövrdəki siyasi, təhlükəsizlik və iqtisadi çağırışlardan daha güclü çıxdığını vurğulayıb. Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla inkişaf etdiyini bildirən T.Tağızadə Azərbaycan Prezidentinin bu il Macarıstana rəsmi səfərinin bu istiqamətdə mühüm addım və gələcək faydalı əməkdaşlıq üçün təməl olduğunu deyib.
Ziyafətdə Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak (Sandor Lezsak), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış ediblər.
Şandor Lejak Azərbaycanı Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Şandor Lejak bu yaxınlarda Azərbaycana səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Fərqan Novruzov çıxışında Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bir sıra Avropa ölkələrində həyata keçirilən bərpa işlərini, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq proseslərini diqqətə çatdırıb. F. Novruzov Heydər Əliyev Fondunun Ulu Öndərin siyasi irsinin təbliğində böyük rol oynadığını vurğulayıb.
Günay Əfəndiyeva Heydər Əliyevin Azərbaycan və Türk Dünyası tarixindəki əvəzsiz rolundan danışıb. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin yaradılması və inkişafındakı mühüm xidmətlərindən bəhs edib. Fondun prezidenti 28 may 1918-ci ildə Şərqin ilk demokratik, dünyəvi və parlamentli dövlətinin, Azərbaycan Xalq Cumhuriyyətinin yaradımasını ölkənin tarixində şanlı səhifə adlandırıb. O, rəhbərlik etdiyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Çıxışlardan sonra Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ” xalq musiqisi qrupu Azərbaycan mahnılarını ifa edib. Eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan və türk dövlətlərini təmsil edən, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi "Yeddi gözəl” musiqi qrupunun ifaları dinlənilib.
Rəsmi açılışın ardından qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları