Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

Siyasət / 01.06.2023 11:11

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır.Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.

Siyasi əlaqələrin möhkəmliyi ilə yanaşı, İsrail və Azərbaycan xalqları arasında yaranan sıx dostluq əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasının və İsraildə yaşayan 70 minlik azərbaycanlı icmasının müxtəlif məsələlərdə birlik nümayiş etdirməsi hər zaman müşahidə edilir.

Azərbaycanla İsrail arasında hərbi əməkdaslıq yüksək səviyyədədir.Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Baxmayaraq ki, bu amil bir sıra dövlətlərdə müəyyən qısqanclıq yaradır, lakin bu əməkdaşlıq iki dövlətin müstəqil iradəsinin təzahürü kimi meydana çıxır. Xatırladaq ki, Azərbaycan uzaq mənzilli raketlərin alınması üçün qonşu İrana dəfələrlə müraciət etsə də bu, nəticəsiz qalmışdır. Lakin İsrail müharibə şəraitində olan Azərbaycanın demək olar ki, bütün müraciətlərini müsbət qarşılamışdır.

Energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.

Azərbaycanın İsraillə münasibətləri, eyni zamanda, tolerantlığın siyasi nümunəsi kimi də yüksək dəyərə malikdir.Bu model bütün müsəlman dövlətləri üçün nümunə kimi qəbul edilə bilər. Bu çağırışlar bu gün Yaxın Şərqdə baş verən bir sıra gərginliklərin həll edilməsində mühüm platforma ola bilər.

Həm İsrail Prezidentinin, həm də Azərbaycan Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində nümayiş etdirdiyi çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjidən fəal istifadə etməyə başlayıb, İsrail isə bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib.İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir

İsrail həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır.2022-ci il martın 9-da Prezident Hersoqun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü İsrail və Türkiyə arasında 2010-cu ildən sonra demək olar ki, dondurulmuş münasibətlərin bərpa olunması ilə xarakterizə olunur. Hazırda hər iki dövlət diplomatik münasibətləri bərpa edib ki, bu da onların əməkdaşlıq istiqamətində addımlar atmaq niyyətindən xəbər verir.

Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, İsrail Prezidentinin Azərbaycana səfəri isə bu münasibətləri yeni, daha sabit səviyyəyə çıxarmağa imkan verəcəkdir.

Əminə Ağazadə,

Millət vəkili



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları