Hacıbala Abutalıbov: “Biz o evləri sökəcəyik, siz də buna şahid olacaqsınız”

Cəmiyət / 23.11.2018 12:20

Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.

BunuModern.az-a özəl açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.

"Yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıb”

H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

"Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yoponlar Fövqəladə Hallar Nazirliyilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, Azərbaycana gətirilən avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların hamısının nəticəsi olaraq, hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iylun 1-də tam yekunlaşacaq”.

"Sürüşmə ərazisi 2 dəfə böyüyəcək”

Baş nazirin müavininin sözlərinə görə, ərazidəki evlər mütləq şəkildə söküləcək:

"Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər. O vaxta qədər bütün araşdırmaları aparıb, layihəni bizə təqdim etsinlər. Fövqəladə Hallar Nazirliyi ekspertiza etdikdən sonra gec-tez o evlər söküləcək. Biz qərar verəcəyik, siz də bunların şahidi olacaqsınız. Hazırda iş gedir. Bununla belə yapon mütəxəssisləri deyir ki, ərazidə böyük sürüşmələr gözlənilir. Dünən də bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.

Bayılda polis məntəqələri yaradılır

H.Abutalıbov bildirib ki, sabah,yaxud birisi gün ərazidə polis məntəqələri yaradılacaq:

"Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Səbail rayon Polis İdarəsinə mənim imzamla məktub göndərilib. Mənə elə gəlir ki, sabah ya birisi gün polis məntəqəsi yaradacağıq. Kim ki verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq və məsuliyyət daşıyacaq. Əgər insan öz həyatından çox malını sevirsə, o insanlıqdan kənardır”.

Qeyd edək ki,2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Tapşırıqlara məhəl qoymayanlar villalarında yaşamaqda davam edirlər.




SON XƏBƏRLƏR

2020-06-01

19:53 “La Vanguardia”: Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi üçün güc işlətməyə hazırdır

19:41 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri (FOTO)

19:21 Ombudsman Aparatının əməkdaşı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş onlayn görüşdə iştirak edib (FOTO)

18:36 Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

17:42 Baş infeksionist: Maskanın istifadə edilməməsinə görə cərimə tətbiqinə zərurət yaranıb

17:32 BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

17:14 Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

15:53 “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

15:30 Azərbaycan Prezidenti Milli Məclisin iclaslarına gələndə Dövlət Himni ifa ediləcək

15:09 Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum oldu

14:52 KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

14:27 Qarabağı yaşat...

14:26 BNA: Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq

14:18 QHT uşaqlar üçün 30 mahnı təqdim edəcək

13:24 Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı

13:06 Əli Hüseynli: Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onlar qorumaqdır

12:56 Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

12:42 Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib

12:32 Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

12:29 QHT üzvləri Avropa Hemofiliya Konsorsiumunun təşkil etdiyi vebinarda iştirak edirlər

09:31 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaqlarla bağlı təsirli videoçarx yayımlayıb

2020-05-31

20:44 “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat baza təqdim edilib

20:42 “Birlikdə düşünək, birlikdə tapaq” ailəvi viktorinanın qalibləri elan edilib

20:31 Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirir (FOTO)

19:31 Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

18:04 Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər

17:54 Vüqar Rəhimzadə: Sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib

17:33 Əli Əhmədov: Sosial şəbəkələr bir çox hallarda insan hüquqlarının pozulması, şəxsiyyətin mənəvi terrora məruz qalması, ləyaqətinin alçaldılması vasitəsinə çevrilib

17:17 Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

14:17 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik

13:24 Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

11:56 Əli Hüseynli: Ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb