Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO

Siyasət / 13.09.2023 11:42

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan dövlət başçısı qeyd edib ki, Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərə də eyni baxışlara malikdir, ölkələrimizin regionlarımızın sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir. Bolqarıstan Prezidenti ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə 2023-cü ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb.

Bolqarıstan Prezidenti, digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib.

O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Rumen Radev Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək, bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb. Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi.

"Həmrəylik Halqası - STRİNG layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.

Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Spiker deyib ki, Prezident İlham Əliyevin 2022-ci ilin sentyabr - oktyabr aylarında rəsmi səfəri zamanı istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.

Bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Bolqarıstana ilk rəsmi səfəri olduğunu xatırladan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O həmçinin, parlamentlərimizin müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığının daha da inkişafı üçün yaxşı imkanlar olduğunu, dostluq qruplarının birgə fəaliyyətinin bu istiqamətdə önəmini qeyd edib. Spikerin sözlərinə görə, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır.

Sahibə Qafarova, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verib. Spiker hazırda Azərbaycanın öz imkanları hesabına işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirildiyini, işğal qurbanı olmasına baxmayaraq, ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən bir-birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı siyasi-hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən qondarma rejimin "prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edərək, beynəlxalq birliyin bütün üzvlərini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməyə, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmağa və adı çəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməyə çağırıb.

Sahibə Qafarova həmçinin, Ermənistanın "blokada”, "humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə bağlı məlumat verərək, deyib ki, Ermənistan bu cür həqiqətdən uzaq, uydurma iddiaları gündəmə gətirməklə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə alıb. Spiker deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiqdir, o cümlədən Qarabağ bölgəsinin etnik erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir.

Görüşdə humanitar sahədə də əməkdaşlığın vacibliyini qeyd edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar əlaqələr zəngin tarixə malikdir. Xalqlarımızın mədəniyyət, incəsənət, elm sahələrində əməkdaşlığını sübut edən çoxlu faktlar var. Təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. O, xüsusilə 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko Tırnovo şəhərinin Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha bir nümunəsi olduğunu vurğulayıb. Həmçinin, 2022-ci ilin sentyabrında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları