DƏYİŞMƏZ VƏ ƏBƏDİ DƏYƏRLƏR

Siyasət / 18.09.2023 12:32

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində sentyabrın 14-də keçirilmiş dinləmələr zamanı səsləndirilən fikir və rəylər göstərdi ki, hətta demokratiyanın beşiyi sayılan ABŞ-nin özündə belə, siyasi maraqlar bəzən ədalətdən və beynəlxalq-hüquq normalarından üstün tutulur. Təəssüf ki, Azərbaycan son 30 ildə bu cür haqsız yanaşma ilə dəfələrlə üzləşməli olub. Avropa Parlamentininnövbəti dəfə qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamənin ABŞ Senatında keçirilən dinləmələrlə eyni vaxta düşməsi də əsla təsadüfi deyil. İstər okeanın o biri, istərsə də bu biri tayında ölkəmizin əleyhinə səsləndirilən fikir və rəyləri, qəbul olunmuş qətnaməni nə qədər "insan haqları və humanitar fəlakət” kimi həssas dəyərlərin pərdəsi altında gizlətməyə çalışsalar da, onların arxasından Ermənistanın və erməni separatizminin maraqlarına dəstək mövqeyi açıq-aydın boy göstərir. Bir daha əmin oluruq ki, ədaləti heç kimdən gözləməməliyik. 44 günlük Vətən müharibəsində olduğu kimi, haqqa da, ədalətə də yalnız özümüz nail olmalıyıq.

Senatda aparılan dinləmələr Ermənistanın və havadarlarının uydurduğu "Qarabağda humanitar böhranın yaşanması” kimi həqiqətdən çox uzaq olan məsələyə həsr edilmişdi. Çıxış edənlər erməni lobbisinin onlara ötürdüyü çirkli "şparqalka” əsasında bütün dünyanı inandırmağa çalışırdılar ki, Qarabağda nəinki humanitar fəlakət yaşanır, guya hətta biz ermənilərin etnik təmizlənməsinə hazırlaşırıq. Bu iftira yalnız bir məqsədə- Laçın yolundakı sərhəd-keçid məntəqəsinin aradan qaldırılması tələbinin legitimləşdirilməsinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, beynəlxalq hüquqla təsbit olunmuş suveren haqqımızı heçə sayan bu tələbin və keçirilən dinləmələrin təşkilatçılarından biri senator Robert Menendezdir. Onun qatı ermənipərəst mövqeyi cəmiyyətimizə çoxdan məlumdur. O da məlumdur ki, erməni əsilli xanımla evli olan senatorun aşırı erməni sevdasının arxasında həm də bu cür şəxsi motivləri dayanır. Amma bu "incə” özəllik əsas vermirdi ki, onun sədrliyi ilə keçirilən dinləmələrindigər iştirakçıları-təcrübəli və hörmətli senatorlar da Laçındakı sərhəd-buraxılış məntəqəsindən indiyədək minlərlə erməninin maneəsiz şəkildə hər iki istiqamətdə keçidini təsdiq edən videofaktları görməzdən gəlsinlər. O da qəribədir ki, ABŞ Dövlət Departamentinin yüksək ranqlı rəsmiləri bir tərəfdən bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar, digər tərəfdən isə bu atributların mühüm göstəricisi olan sərhəd-keçid məntəqəsinin fəaliyyəti nədənsə onların etirazına və anlaşılmaz qıcığına səbəb olur. Təəssüf ki, Dövlət Departamentinin əvvəlki bəyanatlarının ziddinə olaraq, dinləmələrdə iştirak edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də senator Robert Menendezin ermənipərəst mövqeyinin və əsassız iddialarının müdafiəsinə qoşuldu. Elə buna görə də cəmiyyətimizdə haqlı sual yaranıb: ABŞ-nin Prezident Administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı olan mövqeyinə sadiqliyini qoruyur, yoxsa onun damövqeyi dəyişib? Axı, suverenlik atributlarının aradan qaldırılması istəyi nəticə etibarilə istənilən separatizmin həvəsləndirilməsinə xidmət edir və bu, təkzibolunmaz həqiqətdir.

"Humanitar fəlakət” bəhanəsini uyduran Ermənistanın və havadarlarının yalnız bir məqsədi var. Sosial şəbəkələrin erməni seqmentinə hətta ötəri diqqət yetirmək kifayət edir ki, bütün bu iftiraların əslində nəyə xidmət etdiyini açıq şəkildə görmək mümkün olsun. Ermənilər bir ağızdan etiraf edirlər ki, nə qədər Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir, onların Qarabağ xülyası və "miatsum” arzusu gözlərində qalacaq. Buna görə də hansısa xarici dirijorun və ya dirijorların "sehrli” çubuğu ilə erməni lobbisinin və erməni kilsəsinin informasiya və maliyyə resursları yalnız bir nəfəri- Prezident İlham Əliyevi hədəfə alıb. Çünki tarixi Zəfərin altında məhz onun Müzəffər imzası dayanır. Ermənilərin məkrli planı həm də Azərbaycanı özündən asılı vəziyyətdə görmək istəyən, Azərbaycan Prezidentinin müstəqil siyasi kursundan və iradə əzmindən qıcıqlanan bəzi güclərin də maraqlarına xidmət edir. Amma həm Ermənistan və havadarları, həm də onlara züy tutanlar gözlərini və qulaqlarını açıb bilsinlər ki, 1988-1992-ci illər artıq keçmişdə qalıb. Müasir Azərbaycanın ictima-siyasi əhval-ruhiyyəsinə o illərin prizmasından yanaşmaq arzusunda olanlar, öz içərimizdə hələ də nostalji xülyası ilə yaşayanlar növbəti dəfə yanılır və yalnız özlərini aldadırlar. Azərbaycan xalqı artıq tarixi Qələbənin nə demək olduğunu və onun miqyasını, bu möhtəşəm Zəfərin hansı əziyyətlər və fədakarlıqlar hesabınabaşa gəldiyini hər kəsdən yaxşı bilir. Xalqımız gözəl bilir ki, tarixi Zəfərə görə şəhidlərimizə, qazilərimizə, qəhrəman Ordumuza və ətrafında bir yumruq kimi birləşdiyi Müzəffər Ali Baş Komandanına borcludur. Onların hər biri Azərbaycan üçün dəyişməz və əbədi dəyərlərdir. Azərbaycan xalqı nə tarixi Zəfərini, nə də onun arxasında dayanan dəyərlərini heç vaxt və heç kimə güzəştə getməyəcək!

Ülvi QuliyevMilli Məclisin deputatı



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları