Nazirdən Fəxrəddin Manafovla bağlı ciddi - Tapşırıq

Mədəniyyət / 06.12.2018 13:04

Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam HümbətovReport-a deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub.

Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir:

"O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir”.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib:

"Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onun narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir”.

İ.Hümbətov əlavə edib ki, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq:

"Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq”.




SON XƏBƏRLƏR

2019-12-13

18:00 İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib -- YENİLƏNİB +FOTO

17:28 AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu

17:15 Cənub Qaz Dəhlizi ilə bağlı Dövlət Komissiyasının tərkibi dəyişdirilib

17:04 Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur - Oğlu

16:58 Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

16:40 Düşmənin öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlandı - DSX rəisi

16:33 İlham Əliyev: Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək

16:11 ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsinin heç bir hüquqi əsası yoxdur

16:05 ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb - FOTO

15:26 Baş Prokurorluq:Dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salan sui-istfadə hallarına qarşı mübarizə davam etdirilir

15:17 Komitə sədri: Zorakılığa məruz qalan qadınlar susduğuna görə ağır cinayətlər baş verir

14:42 Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib -FOTO

14:14 Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

13:45 Vəkillər məişət zorakılıq qurbanlarına hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar -Anar Bağırov

12:53 Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

10:00 QHT “Masterclass təlimi”nə start verib

09:52 QHT 25 illiyini qeyd edib

2019-12-12

18:14 Şuranın dəstəyilə Lənkəranda tədbir: “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!”

17:25 “Ulu Öndər” filmi təqdim edilib

17:13 Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

17:08 Gömrük orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər - FOTO

17:04 Deputat: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir

17:02 Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinqlər başlayır

16:59 Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?

16:42 Ulu öndərin xatirəsi “Azərxalça”nın filiallarında ehtiramla yad edilib (FOTO)

16:33 Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq

16:15 Birinci vitse-prezidentdən Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım - VİDEO

15:34 Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsi üçün əlindən gələni edəcək

14:24 Yasin Qarayev: Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib

14:19 Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq - Nazir müavini

14:15 Azərbaycan ictimaiyyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edir - FOTO

14:09 Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA

13:36 Mübariz Qurbanlı: Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

17:28 AFFA “danışılmış oyunlar”a görə bir neçə futbolçunun fəaliyyətinə qadağa qoydu

Product image

17:13 Qurban Qurbanov - 10-cu dəfə Azərbaycanın ən yaxşısı!

Maraqlı Product image

15:37 “Milad” bayramına həsr olunan poçt markası tədavülə buraxılıb

Product image

11:47 İnsanlığın məhvinə səbəb olacaq 10 fəlakət ssenarisi