Nobel mükafatlı yazıçının həyatındakı qadınlar

Mədəniyyət / 07.12.2018 16:48

Rus ədəbiyyatının Nobel mükafatçısı Boris Pasternakı Azərbaycan oxucusu elə də yaxşı tanımır. Bir çox şeirləri ilə rus poeziyasında öz düşüncəsini yaradan şairin həyatı da yaradıcılığı kimi keşməkeşli, əzablı olub. "Doktor Jivaqo" adlı romanıyla "Nobel"ə layiq görülən Pasternak həm özünü, həm də sevdiyi qadını iztirabın qoynuna atdı. Bu roman ona həm böyük xoşbəxtlik, həm də kədərli bir tale bəxş etdi.


İncəsənətlə dolu uşaqlıq

Boris Leonidoviç Pasternak 1890-cı ildə Moskvada rəssam və pianoçu ailəsində dünyaya gəlib. Uşaqlıqdan evlərində məşhur insanları görüb: doğulduğu yerə musiqiçilər, rəssamlar, ədəbiyyatşünaslar təşrif buyurardı. Məhz buna görə o, Rusiyanın ən məşhur incəsənət adamları ilə uşaqlıqdan tanış olmuşdu...

Müasirləri, dost-tanışları Pasternakın gözəl səsinin, yaraşığının olduğunu danışa-danışa bitirə bilmirlərmiş. Deyilənə görə, Pasternakın görkəmində nəsə bir cazibə vardı ki, o da insanı özünə cəlb edirdi. Onun əllərinin zərif, pianoçular kimi yumşaq olduğunu deyənlər də var. Pasternak qadınların daim diqqətində idi. Bu adama vurulan çox qadın vardı. Pasternak öz tox duruşu, sakit tövrləri ilə digər kişilərdən seçilirdi. Bəlkə də qadınların ona vurğunluğu məhz bu səbəbdəndi.


Pasternakın qadını

İlk sevdiyi qadın rəssam olub. Adı Yevgeniya Luryaydı. Bu qadın Pasternakla düz yeddi il bir yerdə yaşayacaqdı...

Yeddi ildən sonra Yevgeniya ölmədi. O hələ də Pasternakla bərabərdi. Lakin günlərin bir günü şair Zinaid adlı bir qadınla tanış olur. Dostlarının təşkil elədiyi yığıncaqda qadını görən Pasternak gözünü ondan çəkə bilmir.

Yevgeniya ölməmişdi, ancaq Pasternakın ondan ayrılmaq istədiyini eşidəndə çox pis oldu. Qadının ölümü kişinin başqasını seçməsindən sonra başlayır. Yəqin ki Yevgeniya bu hadisəni ölənə qədər unutmayacaq və diri meyit kimi yaşayacaqdı...

Nə isə Pasternak artıq seçimini etmişdi. O, Zinaidlə birgə Qafqaza getməyi üstün tutur. Sevgililər insanlardan uzaqlaşıb dünyadan təcrid olunmaqla xoşbəxtliyin zirvəsinə qalxacaqlarını düşünürlər. Artıq dünyada ikisindən başqa heç kim yox idi...

Bəli, Pasternak qərarını vermişdi. O, Luryeylə, yəni ilk qadını ilə ayrılıb Zinaidlə evləndi. Bu, onun ikinci evliliyi idi. On altı il xoşbəxtliyin zirvəsinə qalxan cütlüyün gözəl günləri yeni bir qadının peyda olması ilə yoxa çıxacaqdı...


Üçüncü qadın

Olqa İvinskaya... Pasternakın növbəti seçimi bu qadın olacaq. Onlar müharibədən sonra, 1946-cı ildə qarşılaşmışdılar. Onda Olqanın otuz dörd yaşı vardı. Dul qadın olan İvinskayanın iki uşağı vardı. Olqa "Novıy mir" jurnalında, yeni yazmağa başlayanların bölməsində çalışırdı. Bir gün qadının işlədiyi yerə Boris Pasternak təşrif buyurur və onlar bir-biriylə danışmağa başlayırlar. Onda şair roman yazmağa başlamaq istəyirdi. Aradan xeyli ötəndən sonra İvinskaya haqqında belə düşünürdü: "O, həyatın gözəlliyini, yaşamaq sevincini ifadə edir. O, hər şeyi dərk edir. Ona yalnız bu həyatda olduğu aydın deyil. O, mənim ruhuma və yazıçılığıma hopdu..."

Pasternak romanı cidd-cəhdlə yazmağa başlayır və hər dəfə təcrübəli redaktədən keçirirdi. Bütün olanlar Olqanın üzə çıxmasından başladı. Düzdür, ilk dəfə onların münasibətlərini dostluqdan başqa bir şey adlandırmaq olmazdı, ancaq az keçmədi ki, hisslərin sərhədləri aşdı.


Talenin ayırdığı cütlük

Şair düşünürdü ki, öz arvadını sevir, onu buraxıb gedə bilməz, Zinaidi tək qoymaq ixtiyarında deyil. Ancaq digər tərəfdən Zinaiddə Olqaya xas heç bir xarakter yoxdur: nə qadınlıq, nə həyat sevgisi, nə də arzularla yaşamaq. Bir də Zinaiddə romantikadan əsər-əlamət yox idi, incəliyini, zərifliyini çoxdan itirmişdi...

Sevgililər neçə dəfə ayrılmaq istəsələr də, alınmadı. Yenidən Pasternakın içinə zəiflik çökmüşdü və onun seçimi sevdiyi qadın olacaqdı. Uzun müddət ehtiraslarını gizlətməyi bacara bilmədilər. Onlar bir-birilərini dəli kimi sevirdilər. Az keçmədi ki, onların sevgi əhvalatı haqqında dostları da xəbər tutdu. Bütün bunlara baxmayaraq, Pasternak əlinin tərsi ilə sevdiyi qadını özündən uzaqlaşdırmağı bacarmadı.

Olqanın dostu xatırlayır ki, onlar küçənin ortasında, arabanın yanında durub söhbət etdikləri vaxt qadın pərt halda Pasternaka artıq bu münasibəti bitirmək istədiyini söyləyir. Şair isə gülə-gülə: "Sən hələ bunun kinoçəkiliş olduğunu düşünürsən?" - demişdi. Pasternak heç vaxt öz hisslərindən utanmamışdı, özünün gülünc, zəif görünməsindən qorxmamışdı. Şairin bu cəsarəti, yaxınlığı İvinskayanın borana, tufana bənzər hiddətini dağıtmışdı...

Heç kimin sözünə baxmayan, bu münasibətin bitməsini istəməyən Pasternak özü də istmədən Olqayla ayrılmalı oldu. Onu 1949-cu ildə gözlənilmədən həbs etdilər.

Olqa guya Pasternakla əvvəlcədən müəyyənləşdirilmiş qaçış planı olduğunu söyləyəndə qadından tələb etdilər ki, şairin siyasi "şübhə"sini, sovet həqiqətlərinə böhtan atmasını təsdiqləsin. Bir neçə ay şairin sevgilisini soyuq və rütubətli kamerada saxladılar, təsdiq etməsi üçün hər gün qadını döyürdülər.

Olqa Pastenkadan hamilə idi, ancaq artıq uşağı istəmirdi. Qadın tanınmaz hala düşmüşdü. Beləliklə də istintaqdan sonra Olqa uşağı düşürmüşdü.

Dindirmə nəticələndi və onu həbs düşərgəsinə göndərdilər. Şair bir neçə dəfə sevgilisinin həbsdən azad edilməsini tələb etdi. Qadının xilas olmağını istəyirdi, çünki onu sevirdi. Dörd il müddətində Olqanın uşaqlarına baxmış, maddi köməklik etmiş və indi Pasternak öz ilham pərisinin əzab çəkməsini istəmirdi.


Sonuncu görüş

Olqa İvinskaya 1953-cü ildə azadlığa buraxıldı və yenidən Pasternaka qayıtdı. Bu neçə ildə şairə elə gəlmişdi ki, o, infarktın astasında idi. Həddindən artıq çox yaşlandığını hiss eləyirdi. Onun sevgisi daha da güclənmişdi, sevgilisinə olan münasibətində iztirab və zəriflik öz yerini almışdı. Pasternak düşünürdü ki, artıq Olqa onun ürəyinə əbədiyyən yazılıb.

Aradan xeyli vaxt keçdi. Bu müddət ərzində Pasternak "Doktor Jivaqo" romanını tamamladı, Nobel mükafatını aldı, bu, Sovet hökümətini də qane etdi. Şair söhbətlərin səngidiyi bir vaxtda Peredelkinoya getdi. Qəfil gedişinə görə Pasternak Olqaya bir məktub yazdı: "Olyoşa, indi, səhər tezdən oyanmaq necə də kədərlidir! İndi sənin harada və necə olduğunu düşünürəm. Mənim qızılım, səninlə həyata bağlıyam, sən mənim pəncərədən içəri düşən günəş şüamsan. Öz günahlarıma görə təəssüflənir, kədərlənirəm. Hər şey, ətraf səninlə bağlıdır. Mən günahkarlıq və kədərlə səni sevirəm."

Aradan bir il keçəndən sonra Pasternak sonuncu dəfə Olqanı görür. Ancaq artıq onların qovuşması mümkün deyil.


Son

Pasternak infarktın astasında idi. Vəziyyəti çox pis idi. Bundan xəbər tutan Olqa onu görmək istəsə də, şairin qohumları qadını evə buraxmadılar. Olqa o gün ağlaya-ağlaya düşündü ki, onun həyatında yalnız Pasternak olub.

Ölüm ayağında olan şair xoşbəxt idi. O, qohumlarına bu əclaf dünyadan, bu alçaq insanlardan qurtulmağına sevindiyini demişdi. Daha bu dünyada Pasternakın görəcəyi heç nə qalmamışdı. O, bu insanlardan çox uzağa gedəcəkdi...

Olqa Pasternakın ölümündən sonra ağır, əzablı günlər keçirdi. Dostları onu tək buraxmırdı, ancaq o, özünü tamamilə yalqız hiss edirdi. Pasternakın qohumları isə bu qadına güvənmir, onu yalançı, pis bir insan kimi görürdülər.

Yayda Olqanın başının üstünü qara buludlar aldı. O, Pasternakı itirdiyi kimi, ikinci dəfə öz azadlığından məhrum oldu. Bu dəfə onu şairə olan məktublarına görə tutmuşdular. Onu dörd ildən sonra buraxdılar. Ancaq Olqa daha özünə gələcək durumda deyildi. Pasternak qadının həyatını da özü ilə bərabər aparıb getmişdi.

Olqa yaşadığı ölümsüz sevgini yazmaqla əbədiləşdirməyə çalışdı... Onun ölümüylə Pasternak illərcə görmədiyi Olqasına qovuşdu...(adalet/az)




SON XƏBƏRLƏR

2020-07-03

18:20 Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

18:10 Şuranın dəstəyilə “İnsan alveri beynəlxalq və milli hüquq normaları kontekstində” adlı elektron kitab hazırlanacaq

18:09 Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

17:59 İctimai nəqliyyat işlməyən günlərdə işçilər işə necə getməlidir? – RƏSMİ CAVAB

17:52 Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

17:45 Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

17:43 İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

17:32 Ramin Bayramlı: Karantin rejimi tətbiq etməsəydik, indiki yoluxma halı daha çox ola bilərdi

17:28 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı, 7 nəfər öldü

17:16 Şahmar Mövsümov: Biz bütün dünyanın üzləşdiyi problemlə qarşılaşmışıq

17:13 Sosial xidmət, reabilitasiya və peşə hazırlığı müəssisələri də publik hüquqi şəxslərə çevrilir

16:59 Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

16:32 “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edildi - FƏRMAN

16:29 Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edildi - FƏRMAN

16:15 Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

16:14 İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib? - RƏSMİ

16:06 Azərbaycan Ordusunun bəzi bölmələri polisə kömək məqsədilə xüsusi karantin rejiminə nəzarətə cəlb olunub

15:35 Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

15:20 Şuranın dəstəyilə erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin sosial vəziyyəti araşdırılacaq

12:03 Xəbərdarlıq: Dezinfeksiya işləri aparılacaq

11:30 Şuranın dəstəyilə “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” göstəriləcək

2020-07-02

18:38 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

18:32 Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib

18:32 Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib (FOTO)

18:20 Şura regionlarda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığının artırılmasını dəstəkləyir

17:34 Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

17:19 Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

17:03 QHT sədri: “Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır”

16:47 Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə minib

16:36 Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

15:31 SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

15:12 Prezident İlham Əliyev vizadan azad etmə barədə sazişi təsdiqləyib

15:05 Avtosfer.az və QHT polisləri belə təbrik etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Product image

14:57 Qara Qarayev: Növbəti 8 tur keçirilsəydi də çempionluq üçün ən çox şansı olan komanda biz idik

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb