Hikmət Hacıyev: Azərbaycan strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir
Siyasət / 12.12.2018 16:06

Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.
Bu fikirləri Trend-ə açıqlamasında Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Bakı şəhərində NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilir:
"2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiyanın hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş qərargahlar rəisi ilə Rusiya Federasiyasının silahlı qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun Hərbi komitəsinin sədri ilə Rusiya Federasiyası silahlı qüvvələrinin Baş qərargah rəisi arasında Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində görüşlər keçirilmişdi.
Prezident İlham Əliyev tərəfindən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş komandanı Körtis Skaparrottini qəbul edərkən qeyd olunduğu kimi, qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi ölkəmizə olan hörmət və etimadın təzahürü, eyni zamanda ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir".
PA rəsmisi qeyd edib ki, dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur:
"Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır.
Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun "diplomatik paytaxtı” olaraq humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkan olmaqla bərabər, qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır".
2023-03-27
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları