Avropa parlamentində Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edildi
Siyasət / 13.12.2018 15:43

Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur.
Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.
Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu hesabatda vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli və müdrik siyasətinin bəhrəsidir.
Avropa parlamentinin üzvü Andrejs Mamikinisbildirib ki, bu sənəd çox vacibdir, Avropa İttifaqının doktrinasıdır. Sənəddə münaqişə zonalarına eyni platformadan yanaşma nəzərdə tutulub. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Bu gün qəbul etdiyimiz yekun qətnamə bu cür ikili standartlara son qoyur. İnanıram ki, artıq Avropa Parlamentinin üzvləri Azərbaycanın region üçün daşıdığı əhəmiyyəti dərk edirlər.
"Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər Avropa İttifaqı üçün prioritet məsələdir. Bu ölkələrə yanaşmada obyektiv olmalıyıq. Ölkələrə görə onların problemlərinə fərqli münasibət göstərmək məqsədəuyğun deyil. Yekun qətnamə bu çatışmazlığı aradan qaldırır. Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə hörmət ifadə edilir. Fikrimcə, bu sənəd ikili standartlardan çıxış edən yanaşmalara son qoyacaq”, - deyə Avropa Parlamentinin üzvü Səyyad Kərim bildirib.
2023-03-27
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları