Bilik Fondu ilə Qida Təhlükəsizliyi İnstitutu arasında memorandum imzalanıb

Gündəm / 04.01.2019 16:58

Bilik Fondunun rəhbərliyi və əməkdaşları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda görüş keçiriblər.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, İnstitutun nümayəndələri ilə keçirilən görüş çərçivəsində qurumlar arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

Əhalinin qida təhlükəsizliyi sahəsində birgə tədris proqramları və tədris materiallarının hazırlanması, mütəxəssislərlə bağlı məlumat bankının yaradılması, birgə konfrans və seminarların, "dəyirmi masa” və təqdimatların, mühazirə və təlimlərin təşkili, sosioloji sorğuların aparılması, intellektual müsabiqələrin və bilik yarışlarının keçirilməsi, sosial yönümlü video-çarxların, qısametrajlı sənədli filmlərin hazırlanması və ölkə ərazisində nümayişi, tədqiqat proqramlarının və layihələrin tərtib edilməsi, istehsalçılar və istehlakçıların maraqlarının müdafiəsi ilə bağlı tədbirlərin təşkili, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi, müvafiq məlumat bankının yaradılması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi Memorandumun əsas istiqamətləri sırasındadır.

Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Sadiq Məmmədov tədbiri açaraq, qonaqları salamlayıb və tərəflərin fəaliyyətində eynilik təşkil edən məqamlardan söz açıb. Hər iki qurumun strategiyasının əsasında maarifləndirmə siyasətinin prioritet olduğunu xatırladan sədr təhlüksəiz qidalardan düzgün istifadə etmə qaydaları, belə qidaların növləri, tərkibi barədə məlumatların əhaliyə düzgün və dolğun çatdırılamsında, əhalinin dövlətin bu sahədə həyata keçirdiyi islahatların mahiyyəti ilə bağlı maarifləndirilməsində birgə fəaliyyətə ehtiyac olduğunu diqqətə çatdırıb, belə bir əməkdaşlığın rəsmi təməlinin qoyulması hadisəsindən məmnun olduqlarını söyləyib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında yeni ildə ilk əməkdaşlıq sazişinin Qida Təhlükəsizliyi İnstitutu ilə imzalandığını diqqətə çatdıraraq, uğurlu başlanğıcın səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.

Fondun gördüyü işlər barədə ümumi məlumat verən O.Səmədov bu günə qədər 50-dən çox müəssisə və təşkilatla əməkdaşlıq sazişi imzaladıqlarını,10 bölgədə Bilik evlərinin, 76 şəhər və rayonda Fond nümayəndələrinin fəaliyyət göstərdiyini qeyd edib, Qida Təhlükəsizliyi İnstitutunun bölgələrdəki laboratoriyaları ilə Bilik evlərinin yerli əhalinin maarifləndirilməsi istiqamətində birgə və ahəngdar fəaliyyətinin faydalı olacağına əmin olduğunu bildirib.

İcraçı direktor Prezident İlham Əliyevin əhalinin sağlam qidalanmasına böyük önəm verdiyini, bu istiqamətdə görülən işlərə xüsusi diqqət göstərdiyini, qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirdiyini vurğulayıb. Gələcəkdə gerçəkləşəcək birgə layihələrin mahiyyəti məhz bu amillərə əsaslanmalı, hər bir fərdin sağlam qidalanmasında maarifçilik hərəkatının üzərinə böyük məsuliyyət düşdüyünü unutmamalıyıq. O.Səmədov fəaliyyət planında əksini tapa biləcək müddəlardan söz açıb, bir neçə təkliflər səsləndirib.

Tərəflər arasında Anlaşma memorandumu imzalandıqdan sonra İnstitutun İdarə Heyətinin sədri S.Məmmədov tərəfdaş qurumun rəhbərinin görüşdə səsləndirdiyi fikirlərlə tam razı olduğunu, fəaliyyətin konkret plan üzərində qurulmasının müsbət nəticələr verəcəyinə, əhalinin birgə layihələrdən yüksək səviyyədə faydalanacağına inandığını qeyd edib.

Görüş tərəflərin fikir mübadiləsi ilə yekunlaşıb.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb