Bu qatarın dalınca deyinməkdənsə... – redaktorların Bakı-Gəncə-Bakı sürət qatarı təəssüratları

Xəbər / 04.01.2019 16:46

Dekabrın 29-da saat 9:00-da Bakı-Gəncə-Bakı qatarı ilk dəfə olaraq Gəncəyə yola düşdü.

Qatarla ilk səfəri "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov başda olmaqla QSC-nin rəhbər şəxsləri, deputatlar, jurnalistlər və incəsənət adamları etdilər. Sürət qatarı Gəncəyə 3 saat 45 dəqiqəyə çatdı. Lakin ümumilikdə hazırkı göstəriciyə görə, Bakı-Gəncə arasında orta sürət 90, maksimum sürət 140 kilometr saat nəzərdə tutulub. Gələcəkdə isə bu, 160 km saata qədər qaldırılacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda qeyd edilir ki, qatar vaqonları "Stadler” şirkətinin istehsalıdır. Sərnişinlər VIP və biznes sinif vaqonları ilə yanaşı, ekonom vaqonlardan da istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub. Doğrudan da səfər zamanı qeyd edilənlərin hamısının əyani şahidi olduq.

Onu da qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Azər Ayxan: "Bu, gələcəyin layihəsidi – təmiz, təhlükəsiz və komfortlu”

Yuxarıda da qeyd etdiyimiz kimi qatarla ilk səfəri deputatlar, jurnalistlər və incəsənət nümayəndələri etdilər.

Səfər iştirakçıları arasında olan"Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxanqatarla bağlı aşağıdakı təəssüratlarını bildirdi:


"Mən bu layihəni çox bəyəndim. Təəssüf ki, bilərəkdən, bəzən də bilməyərəkdən müxtəlif sosial şəbəkə istifadəçiləri layihəyə qərəzli yanaşır. Xüsusi öyrədilmiş adamların sosial şəbəkələrdə canfəşanlıqla əks-təbliğat aparmaları da diqqətimizdən yayınmır. Bilirsiniz, bu layihənin olması Azərbaycan üçün çox vacibdir. Olmayanda olması üçün dava aparırıq, olanda da qərəzli yanaşma sərgiləyirik. Demirəm, kimsə bu layihəni təftiş, ya da tənqid etməsin. Etsin. Amma peşəkar səviyyədə. Daha hərə bir yandan "pisdir” deyib, gözdən salma kampaniyasının iştirakçı olmasın. Bütün məsələlərdə qaraguruhçuluq yolverilməzdi. İstənilən müzakirələrdə ortaya ədalətli və peşəkar mövqe qoymaq lazımdı. Eləcə də bu məsələdə”.

A.Ayxan bildirdi ki, bu, heç kimin şəxsi layihəsi deyil:"Bu layihə Azərbaycan vətəndaşları üçündü. Mənimdi, sənindi, onundu. Yaxşı şeylərə sevinmək lazımdı”.


A.Ayxan qatarda qiymətlərin baha olması haqda tənqidlərə də münasibət bildirdi:"296 nəfərlik standart yer var ki, bu yerlərə biletin qiyməti 15 manatdır. Qatarda 100 manatlıq cəmi 9 yer var. Həmçinin 62 yer də 50 manatlıqdır. Kim istəyirsə, pulu varsa, 100 və 50 manatlıq yerdə getsin, kimi də puluna qənaət edirsə, imkanı yoxdursa, 15 manatlıq bilet ala bilər. Bu seçim sərnişindaşımanın bütün sahələrində var - gəmiçilikdə, mülki aviasiyada, hətta taksi xidmətlərində. Bəlkə kimsə daha az sərnişinin olduğu, birinci klass salonda səfər etmək istəyir. Həmin insanları da düşünmək lazımdır”.


Baş redaktor müavini qatarın sürəti ilə bağlı deyilənlərə də mövqe bildirib: "Dəmir Yolu rəhbərliyi qatarda brifinq verərkən bunun səbəblərini açıqladı.

Bu, yeni layihədi, üstəlik Azərbaycanın dəmir yollarında son 10 iliklərdə heç bir yenilik olmayıb. Pis-yaxşı nə iş görülübsə, son 3-4 ildə görülüb. Yollar çəkilir, elektrik xətləri yenilənir. Qatar yolunun hələ tam çəpərlənməməsi də sürətə təsir edən amillərdəndi. Bu da zamanla olacaq. İnanıram ki, layihə özünü doğruldacaq. Bu layihə əslində gələcəyə hesablanıb. Təmiz, komfortlu və təhlükəsiz qatarda səfərə çıxmaq pisdir ki?! Bunu indidən pisləyib, gözdən salmaqdansa, ölkəmizdə bu cür layihələrin olmasına sevinsək yaxşı olmazmı?!”.

Elşad Eyvazlı: "Sürət qatarının fəaliyyətə başlaması təkcə insanların rahatlığına xidmət etmir...”

Səfər iştirakçıları arasındaModern.az saytının baş redaktoru Elşad Eyvazlıda vardı.O, "Yeni Müsavat”a açıqlamasında səfərlə bağlı aşağıdakıları söylədi:

"İlk olaraq onu qeyd edim ki, qatar Gəncəyə 4 saatdan da az müddətdə çatdı. Deməli, vaxtda qənaət etmək imkanı var. İkincisi isə biz qatarla getdiyimiz zaman sürətin yüksək olmasına baxmayaraq, çox rahat olduq. Komfort yüksək səviyyədədi. Bu 4 saat ərzində çox rahatlıqla kitab oxuya bilərsən, yata bilərsən, kompüterdə işlərini görə bilərsən. Sürət qatarının fəaliyyətə başlaması təkcə insanın rahatlığına deyil, həm də ölkənin inkişafına ölçülən məsələdir. Nəzərdə tutulub ki, qatar digər bölgələrimizə, hətta yaxın xarici ölkələrə belə getsin. Bu qatarın uzağa gedəcəyinə əminik və arzu edirik ki, sürət qatarı Azərbaycanı gələcəyə aparsın. Yalnız mən deyil, qatarda səfər edən jurnalist həmkarlarım da məsələdən olduqca məmnun qaldılar. Sadəcə olaraq, təəssüf ki, Azərbaycanda sosial şəbəkələr vasitəsilə hansısa məsələyə bilməyərəkdən şərh verən ordu yaranıb. Təbii ki, hər kəs öz fikrini ifadə edə bilər. Ancaq çox istərdim ki, adamlar bilmədikləri məsələlərdən danışmasınlar. Bu gün Bakıdan qatarın getdiyi yerlərə avtobuslar, taksilər də gedir. Məsələ burasındadır ki, qatarda sənə hər cür şərait yaradılıb. Yemək verilir və digər ehtiyaclarının hamısını ödəmək üçün imkan var.


Avtobusla gedən zaman, təbii ki, yolda bir yemək yeyib, çay içirsən. Bu zaman yol boyu çəkdiyin xərc elə 15 manatdan da baha başa gəlir. Adamlar isə ancaq 100, 50 manatdan tutublar. Halbuki, dünyanın hər yerində VİP anlayışı var. Hər kəs öz imkanına uyğun davrana bilər. Azərbaycanda sosial şəbəkələrdə qaragüruhçuluq baş alıb gedir. Jurnalist dostlara, tanış adamlara çağırış edirəm ki, onlar Gəncəyə gedən zaman 1 dəfə sürət qatarından istifadə etsinlər. Əgər peşman olacaqlarsa, bunu, jurnalist olaraq kompensasiya etməyə hazırıq”.


Onu da qeyd edək ki,sürət qatarı Gəncədə böyük izdihamla qarşılandı. Təşkil edilən konsert proqramında öz nəğmələrini ifa edən məşhur müğənnilər Brilyant Dadaşova, Tunzalə Ağayevə, Teymur Əmrah və digərləri bildirdilər ki, qatarla səfərlərindən olduqca məmnun qaldırlar. Onlar söylədilər ki, bundan sonra Gəncəyə yalnız sürət qatarı ilə gələcəklər.




SON XƏBƏRLƏR

2019-10-22

18:25 İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

17:24 Vilayət Eyvazov: "Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur"

17:22 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi

16:30 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi

15:56 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

15:42 Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib

15:37 Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”

15:34 Ərdoğan və Putin arasında görüş başladı - Soçidə (FOTO)

15:33 Sabirabadda 50 min ağac əkiləcək (FOTO)

13:23 Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

13:18 Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

13:07 Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

13:03 Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

12:47 Səməd Seyidov: Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular

12:34 Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub (FOTO)

12:27 Milli Məclisdə qanunsuz aksiya ilə bağlı məsələ qaldırıldı

12:19 Şuranın dəstəyilə “Sağlam qidalanmanın şərtləri” müzakirə olunub

11:19 Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

10:13 Cari ildə Nazirliyin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

09:33 Şuranın dəstəyilə ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydaları müzakirə olunub

09:21 Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi”

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

17:21 Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

17:05 Türkiyə XİN rəhbəri Azərbaycana səfər edəcək

17:00 Prezident İlham Əliyev bir neçə estrada ifaçısına “Xalq artisti” fəxri adı verib (SİYAHI)

16:33 Hacıbala Abutalıbov Baş Nazirin müavini vəzifəsindən azad edilib

16:31 Əli Həsənov Baş Nazirinin müavini vəzifəsindən azad edilib

16:18 Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmirinə əlavə 3,5 milyon manat ayrıldı - SƏRƏNCAM

16:15 Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb

16:12 Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

15:47 Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün önəmlidir

15:43 Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib (FOTO)

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb