Zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edilib

Gündəm / 10.01.2019 10:38

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.Adalet.az-ınMüdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ilkin leytenant hərbi rütbəsi verilən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində "Gənclərin çağırışa qədərki hazırlığı” fənnini tədris edəcəklər.

Əvvəlcə buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib. Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ordu, birləşmə və hissələr böyük təşkilatlanma yolu keçərək hər keçən gün daha da güclənir. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2018-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu qoşunlarında ixtisas hazırlığı kurslarında iştirak edərək peşəkar hərbçi kimi yetişmək istəyən gənclərin sayı daha da artmaqdadır. Tarixə qızıl hərflərlə yazılan "Günnüt əməliyyatı”nın uğurla nəticələnməsi kurslarda peşəkar döyüşçü kimi yetişən hərbçilərimizin sayəsində mümkün olub. İnanırıq ki, hər bir məzun kursda qazandığı biliklər nəticəsində peşəkar, vətənpərvər əsgərlərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Bu gün məzun olan hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Belə ki, hərbi rəhbərlərin "Gənclərin çağırışaqədərki hazırlığı” fənnini rahat şəkildə, peşəkar səviyyədə tədris etmələri üçün Naxçıvan Muxtar Respublikasında hərtərəfli şərait yaradılıb. Həm də "Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda ildə iki dəfə olmaqla təlim toplantıları keçirilir.

Məzun Hüseyn Bağırov peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikamızda təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayaraq dövlətimizə minnətdarlığını bildirib.

Sonra general-mayor Fazil Ağalarov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında Müdafiə nazirinin əmrini çatdırıb.
Əmr oxunduqdan sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və qiymətli hədiyyələr, bütün məzunlara isə sertifikatlar təqdim edilərək xidmətlərində uğurlar arzulanıb.

Kurs birincisi Abbas Səfərov xatirə lövhəsinə buraxılış emblemini vurub. Məzunlar döyüş bayrağı qarşısında and içdikdən sonra tribuna önündən təntənəli keçid olub. Sonda məzunlarla xatirə şəkili çəkdirilib.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb