Bakıya “donuz qripi”nə qarşı peyvənd gətirildi

Xəbər / 11.01.2019 10:18

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.Adalet.azxəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: "Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir".

"Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər" - deyə Oruc qeyd edib.

Z.Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.

Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi"nin yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, laborator müayinələr nəticəsində Gürcüstanda xeyli sayda insanın "donuz qripi"nə yoluxduğu aşkarlanıb.

"Donuz qripi" - H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.

Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan - Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Xəstəlik dərhal meydana çıxmır. Donuz qripinin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.

Bu virusa yoluxmuş şəxslər, əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir.

Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.





SON XƏBƏRLƏR

2019-10-23

16:27 Prezident İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad edib

15:47 Vergilər Nazirliyi və Əmlak Komitəsi ləğv edildi

15:45 Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib

14:32 “Avropa İttifaqının tələsik bəyanatı reallığı əks etdirmir” - Hikmət Hacıyev

14:18 Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir

14:07 Məhkəmə Mübariz İbrahimovu təhqir edən qıza CƏZA verdi

13:53 Simpozium iştirakçıları üçün ziyafət təşkil olunub (FOTO)

11:13 DSX rəisi sərhədçilərin döyüş fəaliyyətini yoxladı

11:05 XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib

10:00 Akif Əlizadə istefasının səbəbini açıqladı

2019-10-22

18:25 İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

17:24 Vilayət Eyvazov: "Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur"

17:22 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi

16:30 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi

15:56 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

15:42 Simpozium iştirakçıları Əhməd bəy Ağaoğlunun məzarını ziyarət edib

15:37 Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”

15:34 Ərdoğan və Putin arasında görüş başladı - Soçidə (FOTO)

15:33 Sabirabadda 50 min ağac əkiləcək (FOTO)

13:23 Vitse-spiker: “Onların məqsədi islahatları dayandırmaq idi”

13:18 Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

13:07 Vitse-spiker: Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə xəyanət edir

13:03 Tahir Kərimli: “Orada YAP da mitinq keçirə bilməz”

12:47 Səməd Seyidov: Destruktiv elementlər Azərbaycanda bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular

12:34 Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub (FOTO)

12:27 Milli Məclisdə qanunsuz aksiya ilə bağlı məsələ qaldırıldı

12:19 Şuranın dəstəyilə “Sağlam qidalanmanın şərtləri” müzakirə olunub

11:19 Şuranın dəstəklədiyi daha bir layihə yekunlaşıb

10:13 Cari ildə Nazirliyin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

09:33 Şuranın dəstəyilə ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı qaydaları müzakirə olunub

09:21 Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi”

2019-10-21

21:08 Azərbaycanla Meksika gömrük sahəsində yeni saziş imzalayacq

17:27 Qənirə Paşayeva: Hər bir azərbaycanlı düşmən dəyirmanına su tökən addımlardan uzaq olmalıdır

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:29 Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Product image

17:30 Messinin İngiltərəyə girişi qadağan oluna bilər

Maraqlı Product image

11:25 Paytaxtda yenidoğulanlara ən çox qoyulan oğlan və qız adları

Product image

12:12 Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb