İlham Əliyev: “Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir” - MÜSAHİBƏ

Siyasət / 28.01.2019 16:12

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Rossiya 1” televiziya kanalına müsahibə verib.

Həmin müsahibə yanvarın 28-də "Rossiya 24” kanalında yayımlanıb.

"Rossiya 24” telekanalının aparıcısı deyib: Bəzi ölkələrin beynəlxalq təşkilatların qərarlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə seçici yanaşması mövcud dünya quruluşuna mənfi təsir edir. Qaydaların pozulması ölkələr arasında gərginliyə gətirib çıxarır, qarşılıqlı fəaliyyətin səviyyəsi aşağı düşür və biznesi aparmaq çətinləşir.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalist Nailə Əsgərzadəyə müsahibəsində Davos İqtisadi Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Həmin müsahibəni təqdim edirik.

- İlham Heydər oğlu, suallarımıza cavab verməyə razılaşdığınız üçün çox sağ olun. Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?

- Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur.

- Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?

- Belə təcrübə əvvəllər də olub. Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır. Hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir. Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib.

- Belə təəssürat yaranır ki, bu gün dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir?

- Bilirsiniz, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni, etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur. Bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir.

Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir. Bu, dediyim kimi, həm beynəlxalq, həm də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir. Bizim ölkəyə gəlincə isə deməliyəm ki, biz həm beynəlxalq məsələlərdə, həm də bütün müqavilələr, investisiya layihələri üzrə öhdəliklərin icrası ilə bağlı imzaladığımız sənədləri həmişə tamamilə dəqiq yerinə yetirmək əzmindəyik.

- Çox sağ olun.

- Sağ olun.




SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları