YAP-ın ötənilki gəlirləri – 9 milyon 413 min manat…
Siyasət / 30.01.2019 16:20

Yanvarın 30-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat, partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.
İdarə Heyətinin iclasında 2018-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi bildirilib.
Vurğulanıb ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə - Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olub.
Azərbaycanda Prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının növbəti, VI Qurultayı keçirilib, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirib, Prezidentliyə namizəd cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib.
Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.
Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilmiş, bu istiqamətdə bir sıra mühüm görüşlər keçirilib.
Hesabatda daha sonra qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib.
Bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib.
Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9413 001 manat olub.
Bunun 8045 144 manatını üzvlük haqları,1367 857 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Bundan əlavə, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6446014 manat olub.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6882258 manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, 232863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə,71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, hesabat ilinin sonuna partiyanın cari hesablarında 1937374 manat qalıb.
2023-03-27
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları