“DOST ADINI BARINDIRAN UCA ÜRƏK...”

Mədəniyyət / 11.02.2019 17:39
Şair-publisist, Dünya Türk Gənc Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının ÜRƏK DAŞI şeirlər kitabının təqdimat törənində iştirak etməkdən qürur duydum. Əkbər müəllimin sayca ikinci şeirlər kitabının çap olunsuğunu bildikdə, Əkbər Qoşalının təvazökarlığı, "odu öz qabağına çəkmək”dən uzaq olduğu açıqca hiss olunur və onun daşıdığı mənəvi dəyərlərə biganə qalmaq mümkünsüzdür. Bilirsiz, sayı onlarla olan kitabların çapına dəstək olan, məsləhət verən, rəy verən, önsöz yazan, tərtibçilik, həmmüəlliflik edən dəyərli dostumuz, özünün 46 yaşına ikicə şeir kitabı ilə gəlib. 2007-ci ildəki birinci – "Ölümlərin ötəsi” şeirlər kitabından 12 il keçəndən sonrakı "Ürək daşı”nın işığına toplanan bizlər, əslində Əkbər dünyasının necə işıqlı olmasının tanığı oluruq. Onlarla gəncin üzı çıxmasında, parlamasında, qələm sahibi kimi tanınıb, təsdiq olunmasında yardımçı olmaq ustadlıq əlamətidir. ( – Hər nə qədər dostumuzun özünün ustad sözündən necə çəkindiyini, gənc yazarlara nəzakətlə irad tutduğunu özüm görmüşəm.)

Dost adını barındıran,
uca ürəklər var olsun.
Haqq işinə arxa duran,
qoca kürəklər var olsun.

Üzü Tanrı dərgahına,
uçan diləklər var olsun.
Eşq yolunda dağa külüng
çalan biləklər var olsun.

Çəkib yurd ətri gətirən
neçə küləklər var olsun.
Sağ çiynimdə savab yazan,
incə mələklər var olsun!

Mən Əkbər müəllimi tək yazar, şair kimi tərənnüm etməyin yanlış olduğunu duyur və dərk edirəm. Əkbər müəllim Böyük Türküstanın könüllü elçisidir; Əkbər müəllim harda türk varsa, harada türkçülük varsa orada imzası görünənlərdəndir. Belə şərəfli bir yükü çiynində daşımaq üçün ərdəm gərəkdir. Əkbər qardaşımız bugün bu yükü şərəflə daşımaqdadır. Şeirlərinin birində deyir ki:

Yoxuş yoxsa getdiyin yol yol deyil,
Gedən ruhdu, ayaq deyil, qol deyil,
Mən yol gözləyirəm, yol məni deyir,
Ürəyim yoldadı, ürəyim yolçu...

Doğrudanda dostumuz-qardaşımız getdiyi ulu yolda neçə yoxuşu yora-yora irəliləyir. Şərəfli olduğu qədər də çətin yollarda ona ən yaxın sirdaş öz ürəyi olub! Tutduğu yol ürək daşı olub! Ürəyiylə keçib çətin sınaqlardan. Elə bəlkə də yolçu dediyi ürək də, ona görə bugün kitablaşıb ürək daşı adlanıb! Bu ürək kitabın, deyərdim hər səhifəsində qəribə bir aləm var. Və o aləmdə yollar yoran qəribə bir yolçu var. Yenə də dost ürəyinə bu sirli-sehirli yolda dözüm, dəyanət arzulayıb, mən də bu kiçik yazımla, Əkbər Qoşalının üzündəki, ürəyindəki işıqdan bəhrələnərək, ona həyatında, çalışmalarında işıqlı yollar, başarlar diləyirəm! Ürək Daşı! Ürəklərin sirdaşı, ürəkli dostum, qardaşım Əkbər Qoşalı, sizi yeni kitabınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə daş ürəkləri yumşaldıb, daş yaddaşlara yazılmağınızı arzu edirəm!

Hörmətlə, dostunuz: Rövşən HÜSEYN



SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb