General erməni bayrağına görə etiraz edən Zəhranı təltif etdi - FOTO

İdman / 25.02.2019 17:56
2019-cu ilin fevral ayının 08-10 tarixlərində İran İslam Respublikasının Tehran şəhərində baş tutmuş karate idman növü üzrə "Master Cup” beynəlxalq turnirində böyük qələbələr qazanmış "Sərhədçi” idman-olimpiya mərkəzinin idmançıları 25 fevral tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

DSX-dan verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələrini, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunub.

İdmançıları möhtəşəm qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə təltifləndirilməsinin Azərbaycan dövlətinin gənc idmançıların inkişafına olan diqqət və qayğısının növbəti ifadəsi olmasını xüsusi vurğulanıb.

"Sərhədçi” idman-olimpiya mərkəzinin rəisi polkovnik E.Mirzəyev idman mərkəzində 26 idman növü üzrə komandaların fəaliyyət göstərməsini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, Vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini, 1600 nəfərdən çox idmançının iştirakı ilə Tehran şəhərində keçirilmiş karate üzrə sonuncu "Master Cup” turnirində ölkəmizi təmsil edən "Sərhədçi” idman klubunun 12 idmançısından 7-nin qızıl, 3-nün gümüş, 2-nin bürünc medal qazanmasını, komandamızın ümumi hesabda 2-ci yer tutmasını, turnir zamanı idmançılarımızın Ermənistandan olan 4 rəqiblərini məğlub etmələrini məruzə edib.

Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina etməsinin bildirilməsinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətənə olan sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olması qeyd edilib.

Turnir zamanı Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirmiş, 12 dəfə dövlət bayrağımızı yüksəltmiş idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Fəxri Fərmanla”, komandanın məşqçisi Səfərov Zöhrab Həsən oğlu "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş, hər bir idmançıya Azərbaycan Respublikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilib.


Turnirdə ölkəmizi təmsil etmiş heyətlə çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı "Sərhədçi” idman klubunun idmançılarının gələcək planları, iştirak edəcəkləri turnirlər, məşq şəraiti və digər məsələlər müzakirə olunmuş, gənc idmançılara hərtərəfli dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.




SON XƏBƏRLƏR

2020-05-22

18:14 QHT sədri: Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdır

18:09 Ombudsman bir qrup QHT rəhbəri və hüquq müdafiəçisi ilə onlayn görüş keçirib

17:26 Vladimir Putin koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edib

17:17 Elm sahəsində çalışan 4 nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

17:14 Ramin Bayramlı: Respublika üzrə tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb

17:12 Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir

17:08 Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb

16:58 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir

16:18 Tural Gəncəliyev: Şuşada qondarma “andiçmə” tədbirinin təşkili sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək məqsədi daşıyır

16:15 "KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb

16:13 DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin (FOTO)

15:08 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

15:00 Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

14:50 Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

13:36 Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

13:19 Vətəndaşlar Prezidentə yazırlar: Cənab Prezident, müdrik siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha sübut etdiniz

13:10 Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər (VİDEO)

12:22 Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu (FOTO)

11:36 “Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib

2020-05-21

19:46 Azay Quliyev QHT-ləri EKOSOS-a üzv olmağa çağırıb

19:29 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu (FOTO)

18:58 Dövlət Agentliyi Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Günü ilə bağlı veb-konfrans təşkil edib (FOTO)

18:37 Leyla Abdullayeva qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə cavab verdi

17:03 Prezident İlham Əliyev: Kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir

16:50 Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır

16:39 Ceyhun Bayramov: Hazırda ölkəmizdə iki tələbədən birinin təhsil xərcləri dövlət hesabına ödənilir

16:13 Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər (FOTO)

16:12 Prezident İlham Əliyev Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Ombudsman Dağlıq Qarabağda qeyri-qanuni “seçkilər”lə bağlı bəyanat yayıb

14:57 Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

14:45 QHT sədri: Azərbaycan gəncləri daim dövlətçiliyin keşiyində durublar

14:16 Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

13:47 Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

16:10 2020-ci il Formula 1 Azərbaycan Qran prisi sentyabrın 6-da keçirilə bilər

Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb