Yunanıstan od içində: Diri-diri yanan insanlar, məhv olan gözəlliklər, çarəsiz qalan hökumət

Dünya / 25.07.2018 17:40
Yunanıstanda dəhşətli meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, saatda 100 km sürətlə əsən külək yanğının qarşısını almağı çətinləşdirir və nəticədə yanğın sürətlə yayılır. Yüzlərlə yanğınsöndürən ağır şərtlərdə yanğınla mübarizə aparmağa çalışır, qayıq və helikopterlər vasitəsilə insanlar təbii fəlakət zonasından təxliyə edilir.
Ən çox itki paytaxt Afinanın 40 kilometrliyində yerləşən Mati kəndində baş verib. Turistlər arasında populyar olan bu kəndi yerli əhali və turistlərin bir çoxu vaxtında tərk edə bilməyib. Kənd "alov divarı” ilə ətraf aləmdən tam təcrid vəziyyətində qalıb. Ərazidən qaçmaq istəyənlər avtomobillərin içində yanıblar. Kənddə qalanlar isə evlərdə və avtomobillərdə boğularaq ölüblər. Villaların birinin həyətində, dənizin bir neçə metrliyində Qırmızı Xaçın əməkdaşları 26 meyit (böyüklər və uşaqlar) aşkarlayıblar. Onlar bir-birinə sarılmış şəkildə olub...
Dəhşətli yanğından xilas olanlar bildirilər ki, alovlar sanki odsaçan silahdan açılan atəş kimi sürətlə onlara doğru irəliləyirmiş. "Biz alovun təqibi altında özümüzü dənizə çatdırdıq. Suya atılanda artıq alov kürəyimizdə idi. Bu, Pompeyə oxşayırdı”, - deyə Kostas Laqanos adlı yerli sakin "Reuters”ə bildirib. (Qədim Roma şəhəri olan və Neapol yaxınlığında yerləşən Pompey eramızın 79-cu ilində, 24 avqust tarixində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.)
Bir çox yolun və mümkün təxliyə istiqamətlərinin alovlara qərq olması vəziyyəti ağırlaşdırır. Sosial şəbəkələrdə qatı duman altında avtomobillə qaçmaq istəyən insanların videoları yayılıb. Nikos Stavrinidis BBC-yə açıqlamasında kondisioneri qoşmasına baxmayaraq, avtomobilin içində alovların istisini hiss etməyə davam etdiklərini söyləyib: "Biz qatı duman bürümüş yolla irəliləyərkən qəflətən alov dilləri maşını əhatə etdi. Yol ətrafındakı təpədə olan evlərin hamısı külə dönmüşdü”.
Jurnalist Kostas Kukumakis Attika bölgəsinin şərqinin cəhənnəmə döndüyünü bildirib: "Mən çoxlu sayda insanın öldüyü yerə gedə bildim. Ətrafda dəhşətli qoxu var idi. Hər yer qatı tüstü və duman içində idi. Yüzlərlə ev və avtomobil yanmışdı. Ölənlərin əksəriyyəti xilas olmaq üçün hansısa daldalanacaq axtaran turistlər olub”.
Yunanıstanın baş naziri Aleksis Tsipras faciə ilə əlaqədar Bosniyaya rəsmi səfərini təxirə salıb. Ölkədə 3 günlük matəm elan olunub, paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib. "Bu gün Yunanıstan yasdadır. Biz vəziyyəti nəzarət altına almaq üçün insan gücünün yetdiyi hər şeyi edirik”, - deyə A. Tsipras vurğulayıb.
Hazırkı yanğınlar 2007-ci ildən bəri Yunanıstandakı ən güclü meşə yanğınlarıdır. Həmin il Peloponnes yarımadasında onlarla insan ölmüşdü.
Yunanıstan hökuməti kömək üçün Avropa İttifaqı ölkələrinə müraciət edib. Artıq Fransa, İtaliya, Polşa və digər ölkələr Yunanıstana yanğınsöndürən aviasiya, texnika və canlı qüvvə göndərib. Ölkədə yaxın günlərdə havanın hərarətinin yenidən yüksələcəyi proqnozlaşdırılır, bu səbəblə yanğının yayılmasının qarşısını almaq üçün az vaxt qalıb.
Yanğının səbəbləri hələlik dəqiq məlum deyil. Faktla bağlı təhqiqat başlayıb. Bəzi hakimiyyət nümayəndələri istisna etmir ki, yanğın qəsdən törədilib. Hökumət nümayəndəsi Dimitras Tsanakopulos bildirib ki, yanğın Afina yaxınlığında eyni anda üç yerdə başlayıb. Yunan hökuməti şübhəli hərəkətləri havadan davamlı izləmək üçün ABŞ-a müraciət edərək pilotsuz aviasiya istəyib.


SON XƏBƏRLƏR

2023-02-02

09:54 Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı

09:15 Laçın-Xankəndi yolunda aksiya 53 gündür davam edir

09:05 Bu gün Gənclər Günüdür

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

10:17 ”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” – AGF və YYSİB-nin kreativ layihəsi

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları