“Liderlərin görüşündə sülhməramlı məsələsi müzakirə edilməlidir” - Ceyms Uorlik

Dünya / 05.03.2019 14:28
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında Azərbaycan üçün söhbət, sözsüz ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından və ümumilikdə müxtariyyətdən və ərazi bütövlüyündən gedir. Ermənistanda isə hər şey bunun əksinə qəbul edilir. Yəni söhbət öz müqəddəratını təyinetmədən və insanların iradə azadlığını ifadə etmələrindən gedir.

Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik "Amerikanın səsi”nə müsahibəsində deyib. Onun sözlərinə görə, bu iki element tərəflər arasındakı müzakirələrin tərkib hissəsi olmalıdır.

"Və təkcə bunlar yox. Sülhməramlılar, qaçqınların və məcburi köçkünlərin geri qayıtması məsələlərini də müzakirə etmək lazımdır. Eləcə də, infrastruktur məsələsi də müzakirə olunmalıdır. Sadəcə bir elementi seçib nizamlanmanın yalnız ondan ibarət olduğunu deyə bilmərsiniz. Hər şeyi razılaşdırmaq lazımdır. Və əgər qarşılıqlı etimad atmosferinin yaradılmasına istiqamətlənən kiçik addımları bir kənara qoysaq, hər iki ölkənin (Ermənistan və Azərbaycan) liderləri bu problemləri səsləndirməli və bütün məsələlərin ehtiva olunduğu tam paketi razılaşdırmalıdırlar”- Uorlik vurğulayıb.

Bu mənada, keçmiş həmsədrin sözlərinə görə Qarabağ nizamlanması dedikdə bir yox, bir neçə sənədin imzalanması nəzərdə tutulur: "Biz sadəcə keçmişdə nizamlanmanın əsas prinsipləri kimi təklif edilən ideyalardan danışmırıq, hərçənd, onlar istənilən nizamlanmanın tərkib hissəsi olaraq qalırlar. Söhbət ən azı mənim həmsədr olduğum dövrdə işləyib hazırladığımız bir sıra elementlərdən, sazişlərdən gedir – münaqişəyə cəlb olunan tərəflər arasında imzalanmalı olan çoxsaylı sənədlərdən. Söhbət sadəcə masa arxasına əyləşib bir sənəd imzalamaqdan yox, bütün tərəflərin maraqlarının nəzərə alındığı hərtərəfli yanaşmadan gedir. Ümid dirəm ki, bu, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasındakı danışıqların predmeti ola biləcək. Onlar bütün məsələləri bir görüşlə həll etməyəcəklər, amma irəliyə doğru hərəkət edilməli olan istiqamət də budur”.

Uorlik vurğulayıb ki, zaman ötdükcə münaqişə ətrafındakı vəziyyət də çətinləşir: "İndi təmas xəttində nisbi sakitlik dövrüdür. Dövlət liderləri irəliyə doğru hərəkət etməyə hazır görünürlər. Nizamlanma üçün daha münasib vaxt nə zaman gələcək? Bax elə indi münasib vaxtdır. Əslində, məhz Ermənistan və Azərbaycan xalqları öz liderlərini bu prosesi nizamlamağa məcbur etməlidirlər. İstəyirsinizmi ki, daha bir erməni nəslinin həyatı kölgələnsin? Dorudanmı düşünürsünüz ki, Azərbaycan xalqı bu problemi gələcək nəsillərə ötürmək istəyir? Əlbəttə ki, yox.”

Sabiq diplomatın sözlərinə görə, Moskva-Vaşinqton münasibətlərindəki ümumi gərginliyə rəğmən, Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsinin həli istiqamətində sıx və birgə işləməyə davam edirlər. Bu baxımdan, Cənubi Qafqazda davamlı sülh Kremlin maraqlarına cavab verir: "Ruslar Qarabağ münaqişəsinin davamlı həllinə tərəfdardırlar. Rusiya hökuməti ilə işləyərkən mən onlarda münaqişənin nizamlanmasına nail olunmasına maraq gördüm. Bu da məntiqlidir. Rusiyanın regionda və dünyada bir çox başqa problemləri var. Ona lazım olacaq ən son şey öz cənub sərhədlərində, xüsusən də, ənənəvi dostları olan Ermənistan və Azərbaycan arasında qeyri-sabitlikdir. Moskva geniş münaqişədə maraqlı deyil. Əlbəttə ki, həmsədrlər arasında müxtəlif məsələlər müzakirə olunur, amma ümumilikdə hesab edirəm ki, ruslar uzunmüddətli sülh və davamlı nizamlanma tərəfdarıdırlar.”(azvision.az)



SON XƏBƏRLƏR

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

09:55 Yanvar-iyun aylarında 743 min nəfərə müavinət və təqaüd ödənilib

09:37 Şuranın dəstəyilə işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında Azərbaycan və ingilis dilində kitab çap olunacaq

09:18 50 peşə və ixtisas üzrə tanıdıcı videoçarxlar hazırlanıb

2020-07-07

18:25 Vüqar Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

18:07 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib

17:06 Prezident İlham Əliyevin çağırışına uyğun olaraq YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabı nəşr olunub

16:54 ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

16:39 Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

16:13 Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

15:45 Rusiyada meşə yanğınları ilə əlaqədar 8 regionda fövqəladə vəziyyət elan edilib

15:44 Gəncədə könüllülər təltif olundu

15:36 Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası

15:30 QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

14:51 Şura "Əlilliyi olan uşaqların sosial reabilitasiyası"nı dəstəkləyir

14:34 Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

13:33 AMEA-nın Birinci xüsusi şöbəsinin rəisi dünyasını dəyişdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb