Cəmiyyətdə böyük məmnunluq və minnətdarlıq ovqatı yaratmış tarixi addım

Siyasət / 06.03.2019 10:42
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov ölkə prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı , cəmiyyətdə çox böyük məmnunluq və minnətdarlıq ovqatı yaratmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanını 2019-cu ilin ən inqilabi qanunvericilk aktı kimi dəyərləndirmişdir.

Millət vəkili bu fərmanı əhalinin bütün sosial təbəqələrinin ürəyindən xəbər verən xoş bir müjdə və xalqın sosial problemlərinin həllinə, həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş tarixi bir islahat hesab edir. Bu inqilabi addımın mahiyyəti ondan ibarətdir ki, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyadan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək. Fiziki şəxslərə ödəniləcək vəsaitin ümumi məbləği 5000 ABŞ dolları ekvivalentində olacaqdır.

K.Qafarov bildirmişdir ki, Mərkəzi Bankın məlumatına görə, ölkədə problemli kreditlərin həcmi 1, 5 milyard manatdan çoxdur. Prezidentimizin imzaladığı Fərmanın ikinci hissəsi 360 gündən çox gecikmədə olan kreditlərin restrukziyası ilə bağlıdır və bu hissəyə 400 mindən çox adam aiddir. Çünki 10 min dollara qədər və gecikmədə bir ildən artıq olan kreditlər ümumi kredit portfelinin böyük bir hissəsini təşkil edir. Fərmanın bu hissəsinin tələblərinə görə, əvvəla, kredit gecikəndən sonra tətbiq olunmuş bütün dəbbə pulu, sanksiyalar, cərimələr, faizlər dərhal silinəcək. İkincisi, məhkəmələrdə olan işlər geri qaytaralacaq. Bu halda söhbət təxminən 311 min işdən gedir. Eyni zamanda, icrada olan işlər də dayandırılacaqdır. Beləliklə, bir fərmanla 800 min nəfərin problemi həll edilmiş oldu.

Bu Fərmanda diqqəti çox mühüm bir məqama yönəldən K.Qafarov vurğulamışdır ki, illərdir ki, dollar krediti üzrə öhdəliyi zaminin ödəməsi faktına da aydınlıq gətirilmişdir. Məsələn, konkret şəxsin 10 min dollar kredit borcu olub, amma kredit götürən borcu ödəməkdən imtina edib və məhkəmə qərarı ilə borc, ona zamin durmuş şəxsin əmək haqqından tutulub. İndi həmin zamin durmuş şəxs və ya şəxslər fərdi qaydada müraciət edərək vəsaitini geri ala biləcəkdir.

Millət vəkili göstərib ki, ölkə prezidenti bu yaxınlarda keçirdiyi müşavirədə bildirmişdir ki, hökumət "böyük sosial paket” üzərində işləyir və bu proqram yüz minlərlə insanı əhatə edəcəkdir. Prezident İlham Əliyev birmənalı şəkildə demişdir : "... Əgər bütün bu təşəbbüsləri təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min insan dövlətin sosial təşəbbüslərinin icrasından əhəmiyyətli dərəcədə faydalanacaqdır.”

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, sadalanan bütün bu məsələlər- ölkə iqtidarının xalqın həyat səviyyəsinin dayanıqlı şəkildə yüksəldilməsi, sosial problemlərin dinamik həlli strategiyası Azərbaycan üzrə üçüncü ümumi islahatlar paketinin operativ şəkildə reallaşacağı inamını doğurur.




SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları