“Söz güləşdirməklə Ermənistan hökuməti məsuliyyətdən qaça bilməz” - Hikmət Hacıyev

Siyasət / 07.03.2019 14:20
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan "EURACTİV" portalına müsahibəsinə cavab olaraq həmin portalda Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsi dərc olunub.

BakuPost-un məlumatına görə, məqalədə deyilir:

"Ermənistan baş naziri Nikol Paşinyanın 4 mart tarixində "EURACTİV" portalına müsahibəsi, xüsusilə onun Ermənistan-Azərbaycan münaqişəsi barədə iddiaları ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyəti və formatına köklü şəkildə ziddir. Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atmışdır. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olmuşdur. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir. Bu ümidverici dinamika ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dörd görüşü ilə müşayiət olunmuşdur. Amma həmsədrlərin və beynəlxalq ictimaiyyətin iki ölkə arasında substantiv və nəticə yönümlü intensiv danışıqların davam etdirilməsinə dair nikbinliyinə müsbət şəkildə cavab vermək əvəzinə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməyə başlamışdır. Bu düşüncə ilə Ermənistan tərəfi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləyir və iflic halına salır.

Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi vardır?

Beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədilmişdir. Onlar hələ də məcburi köçkün və qaçqın statusunda yaşamaq məcburiyyətindədir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzdə birbaşa iştirakı və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə mövcudluğu münaqişə tərəfi kimi Ermənistanın hüquqi, siyasi və mənəvi məsuliyyətini təsbit edir. Söz güləşdirməklə Ermənistan hökuməti bu mütləq məsuliyyətdən qaça bilməz.

İşğalçı dövlətlər adətən digər dövlətin ərazisini zor yolu ilə işğalında öz rollarını gizlətmək üçün işğal olunmuş ərazilərdə qanunsuz rejimlər yaradırlar. Qondarma "Dağlıq Qarabağ Respublikası” bu kimi siyasətin və təcrübənin bariz nümunəsidir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çiraqov Ermənistan qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına əsaslı olaraq son qoydu. AİHM təsbit etdi ki, "qondarma "DQR” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.

Bu günlərdə N.Paşinyan hökumətinin üzvü və dövlət təhlükəsizlik xidmətinin sədri məskunlaşdırma siyasətinə bəraət qazandıraraq və işğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını iddia edərək Ermənistanın zəbt olunmuş ərazilərin anneksiyası siyasətini yürütdüyünü təsdiq etmiş oldu.

N.Paşinyanın müsahibəsində başqa bir uyğunsuzluq da vardır. Müsahibədə o, BMT Baş katibinin münaqişə ilə bağlı açıqlamasını alqışladığı halda, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsinin üzərindən sükutla keçir. Ermənistan BMT TŞ-nın qətnamələrinin işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirməmişdir.

Paradoksal olaraq Ermənistan rəhbərliyi bir tərəfdən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstək ifadə edir, digər tərəfdən isə danışıqlar formatının dəyişdirilməsinə çağıraraq həmsədrlərinin işini pozur. ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində təsbit olunmuş institusional yaddaş vardır. ATƏT-in 1992-ci il Helsinki nazirlər iclasının qərarına görə Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi müəyyən olunmuşdur.

Dağlıq Qarabağın Azərbaycanlı icmasına qarşı qanlı etnik təmizləmə törədildiyi halda, Ermənistanın Dağlıq Qarabağın erməni icmasına ekskluziv hüquqlar tələb etməsi barədə əsassız iddiaları insan hüquqlarının ruhuna və fəlsəfəsinə belə ziddir. Ermənistan həmçinin, saylı 80.000 nəfərdən artıq olan Dağlıq Qarabağın Azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır və hər bir vəchlə iki icma arasında dialoqu bloklayır.

Azərbaycan Avropa İttifaqının yüksək rəsmilərinin N.Paşinyan ilə mətbuat konfransında səsləndirdiyi bəyanatlarını dəstəkləyir. İşğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Danışıqlara qeyd-şərtin qoyulması yolverilməzdir, yeni formatın yaradılmasına ehtiyac yoxdur və razılaşdırılmış düstura uyğun olaraq mövcud format əsasında danışıqlar davam etdirilməlidir. Danışıqların davamlılığı və danışıqlara öhdəlik təmin olunmalıdır. Bu kimi mövqeyi beynəlxalq birlik də yekdilliklə bölüşür. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ünvanlı siyasi-diplomatik ismarıclar çatdırılmalıdır. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, eyforiya dövrü başa çatmışdır. Küçə populizmi artıq yetər və ciddi addımların atılmasının vaxtıdır.

Biz, eyni zamanda Avropa İttifaqının sifarişi ilə hazırlanmış və münaqişənin həllinin Ermənistana və Azərbaycana iqtisadi dividentləri barədə hesabatın ideya və fəlsəfəsini dəstəkləyirik. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən Ermənistanın iqtisadi inkişafı qeyri-mümkündür. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və qonşularla sivil münasibətlər qurmalıdır. Yalnız bu halda regionun çox ehtiyac duyduğu davamlı və ədalətli sülh təmin oluna bilər. Əks təqdirdə, Ermənistanın siyasi, iqtisadi və demoqrafik böhranı və özünü təcridi dərinləşməkdə davam edəcəkdir".



SON XƏBƏRLƏR

2020-04-06

18:00 Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

17:36 “Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:25 Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

17:24 İlham Əliyev və Mehriban Əliyeva tibbi maska istehsalı müəssisəsinin açılışında - YENİLƏNİB + VİDEO

16:48 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

15:35 Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 12 nəfər sağaldı - Operativ Qərargah

15:26 Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupunda təmsil olunacaq

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

14:55 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan edilib

14:50 Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib (VİDEO)

14:43 Kamilə Əliyeva: Bu gün Azərbaycan digər dövlətlərlə müqayisədə virusa qarşı daha effektiv mübarizə apara bilir

14:39 Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

14:30 Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

14:24 Kənd Təsərrüfatı Nazirliyi ölkədə ət qıtlığının olması barədə yayılan məlumatlara münasibət bildirib

14:05 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

13:53 Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər

13:00 Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir

12:35 Könül Nurullayeva: Əgər özümüzün, yaxınlarımızın həyat və sağlamlığını qorumaq istəyiriksə, evdə qalmalıyıq

11:57 Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəksiniz

11:40 Türkiyə və Azərbaycan balabanla bağlı UNESCO-ya müraciət edib

11:13 Bakı polisi: İcazə olmadan hərəkət edən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür

10:01 Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

2020-04-03

23:23 Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq

23:21 Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

22:52 Respublikanın şəhər və rayonları üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

22:26 Bakı şəhəri üzrə koronavirusa yoluxanların sayı məlum olub

22:18 Maska qıtlığı artan tələbatla bağlıdır - İbrahim Məmmədov

22:13 XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək

22:03 Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək - İbrahim Məmmədov

21:53 İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

21:45 İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

21:34 Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

21:27 Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

15:00 Rüştü Reçber koronavirusa qalib gəldi

Product image

16:55 İlham Zəkiyev: Biz bu virusa qalib gəlmək üçün həmrəy olmalıyıq (VİDEO)

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb