Eldar İbrahimov: "Məgər Ermənistan azərbaycanlılara öz qapılarını taybatay açıb?"

Siyasət / 13.03.2019 17:08
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməməsi, səbəb kimi isə Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsini göstərməsi böyük təəssüf hissi doğurur. Bu, Azərbaycan-Rusiya münasibətlərinin, ildən-ilə genişlənən və sürətli inkişaf xətti ilə addımlayan strateji əməkdaşlığının ruhuna zidd olan bir davranışdır.

BunuOxu.Az-a açıqlamasında millət vəkili, professor Eldar İbrahimov deyib.

O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu fonunda belə bir təəccüb və təəssüf doğuracaq bəyanatın verilməsinin heç yeri yoxdur.

"Ötən əsrin 90-cı illərinin əvvəllərindən, Yeltsin hakimiyyəti dönəmindən fərqli olaraq, son 15-20 ildə Azərbaycan-Rusiya münasibətləri, bəzi istisnaları nəzərə almasaq, hər zaman yüksələn xətt üzrə inkişaf və davam edib.

Münasibətlərin belə bir səviyyəyə gəlib çatmasında, heçşübhəsiz ki, ulu öndər Heydər Əliyevin və son 16 ildə onun siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin, o cümlədən, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin böyük xidmətləri var.

İndi bunların fonunda Rusiya xarici siyasət idarəsinin belə bir bəyanat verməsi bu münasibətlərin ruhuna zidd olan bir addımdır.

Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, bu təcavüzkar ölkə tərəfindən torpaqlarımız hələ də işğal altında saxlanılır, sülh danışıqlarının müsbət sonluqla nəticələnməməsi üçün onlar tərəfindən hər cür təxribatçılıq əməllərinə əl atılır.

Elə bunlardan biri baş nazir Nikol Paşinyanın format oyunudur. O, bu məsələni, danışıqlar prosesinin formatının dəyişdirilməsini təklif etməklə, əslində, münaqişənin həllindəheç cür maraqlı olmadıqlarını, əksinə,status-kvonun bundan sonra da illər uzunu davam etməsinə cəhd etdiklərini açıq şəkildə bir daha ortaya qoymuş olur.

Münasibətlərin belə bir durumunda erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə icazə verilməsini gözləmək, doğrudan da, sadəlövhlük olardı. Yənibu gün Azərbaycan cəmiyyətində işğal faktı ilə bağlı ermənilərə - hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq - eləcə də, Ermənistana hansı münasibət olduğunu təsəvvür etmək çox da çətin deyil.

Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən həmsədr dövlətlərdən biri kimi Rusiyanın, onun bəzi dairələrinin bunu anlamaması qeyri-mümkün və inandırıcı deyil.

Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti bu məsələyə necə həssaslıqla yanaşır. Eyni zamanda, məgər Ermənistan Azərbaycan əsilli Rusiya vətəndaşlarına öz qapılarını taybatay açıbmı ki, biz da açaq? Bunun nümunəsini bizə göstərə bilərlərmi?

Azərbaycan müstəqil, suveren, diktə ilə idarə olunmayan bir dövlətdir və verdiyi qərarlarda tam haqlıdır, kimsəbundan ölkəmizə qarşı hansısa maraqları naminə yararlana bilməzlər. Həmsədr dövlət kimi, Rusiyanın üzərinədüşən odur ki, Ermənistanı konstruktiv danışıqlara və ədalətli sülhə məcbur etsin. Digər həmsədr dövlətlər kimi, bunu etmək onların vəzifəsi və borcudur.

Yaxşı olardı ki, Rusiyanın bəzi dairələri buna daha çox diqqət və vaxt ayıraydılar. Ona görə inanmaq istəyirəm ki, Rusiya XİN iki ölkə arasında münasibətlərin ruhuna zidd olan məlum bəyanatını geri çəkəcək və daha çox Ermənistanı, erməniləri ədalətli sülhə məcbur edəcəklər.

Biz bunu onlardan daha çox gözləyirik. Eyni zamanda, kimlərinsə bu bəyanatdan yararlanıb, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirmək cəhdləri alınmayacaq. Bunlar artıq keçmiş mərhələdir. Azərbaycan-Rusiya münasibətlərini kimsə poza bilməyəcək”, - deyəE.İbrahimov əlavə edib.




SON XƏBƏRLƏR

2023-03-27

14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları