Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”

Siyasət / 18.03.2019 17:02
"Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Əksinə, Prezident İlham Əliyevin 16 mart tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına kölgə salmağa çalışan, o vaxt AXC-"Müsavat” cütlüyünün tərkibində yüksək dövlət vəzifəsi tutmuş Əli Kərimli, eləcə də "Milli şura”da yer alan digər şəxslər 1 illik hakimiyyət dövrləri müddətində onlarla insanı ölüm hökmünə məhkum etmişdilər və həmin hökmlər icra olunmuşdu”.

Moderator.azxəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov vurğulayıb ki, məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub:

"Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb”.

YAP rəsmisi qeyd edib ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam hüquq müdafiəçiləri, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, həmçinin ölkəmizdə milli maraqlara uyğun fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, KİV-lər və digər ictimai təşkilatlar, bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilir:

"Əfsuslar olsun ki, yüksək humanizmi, dövlətin öz vətəndaşlarına diqqət və qayğısını əks etdirən əfv Sərəncamının əhəmiyyətini azaltmağa, mahiyyətini təhrif etməyə çalışan qüvvələr də var.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, eləcə də dövlətin öz vətəndaşlarına humanist münasibətini əks etdirən əfv Sərəncamının imzalanması ilk növbədə ölkəmizin hüdudlarından kənarda olan qüvvələri – ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Həm xaricdəki "sapı özümüzdən olan baltalar”, həm də ölkəmizdəki "beşinci kolon” nümayəndələri sözügedən əfv Sərəncamının guya hansısa xarici qüvvələrin təzyiqi nəticəsində imzalandığını iddia etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Halbuki elə bu fikiri deyənlərin özləri, yaxınları-qohumları cənab Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, müraciət edərək törətdikləri əməldən peşiman olduqlarını, azadlığa çıxmaq istədiklərini dəfələrlə bildirmişdilər”.

"Maraqlı bir məqam ondan ibarətdir ki, vaxtilə öz çıxışlarında ABŞ-ı, ümumilikdə Qərb ölkələrini erməni lobbisi ilə iş birliyi quraraq Azərbaycan müxalifətini maliyyələşdirməkdə ittiham edənlər bu gün onların demokratiyaya və insan hüquqlarına verdiyi dəyərdən ağız dolusu danışırlar. 1993-2005-ci illər arasında rəhbərlik etdiyi qurumdan yüzlərlə işçini heç bir əsas olmadan işdən çıxardan, əllərində yerli və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olmasına baxmayaraq iş yerinə bərpa etməyən, nazirlikdə ən sərt despotik- avtoritar rejim yaratmış bəziləri bu gün demokrat imic formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxalifət liderlərini "genetik xəstə”, "övladları üçün xəcalət mənbəyi” adlandıran, KİV nümayəndələrinə ən təhqiramiz formada həqarət edən şəxslər bu gün qapılarının mətbuata açıq olduğunu elan edir. Qəribə işlər baş verir. Görünür Azərbaycan penitensiar xidməti işini elə qurub ki, sanki möcüzə baş verir - ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır”, - S.Novruzov ötən gün həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanov haqda deyib.

Komitə sədri vurğulayıb ki, radikal – antimilli ünsürlər Azərbaycanda genişmiqyaslı islahatların, vətəndaşların mənafeyinə xidmət edən tədbirlərin guya məhz öz "mitinq”lərinin nəticəsində həyata keçirildiyini iddia edirlər: "Onlar bununla ölkəmizin inkişafının, reallaşdırılan tədbirlərin, eləcə də əfv Sərəncamının üzərinə kölgə salmağa çalışırlar. Radikal ünsürlər, əslində, qərəzli şəkildə "siyasi məhbus” olaraq qələmə verdikləri şəxslərin əfv olunmasını istəmirlər, çünki onların məqsədi həmin şəxslərin həbsdə qalması və bu şəxslərin adından sui-istifadə etməkdir. Azərbaycan xalqı bütün bunları görür, bu radikal – antimilli ünsürlərin anti-Azərbaycan və ermənipərəst dairələrə xidmət etdiklərini, milli maraqlara zidd mövqedə durduqlarını yaxşı bilir. O səbəbdən bu marginal qrupların sosial bazası yoxdur, onlar xalq tərəfindən dəstəklənmir.

Bütövlükdə, əfv Sərəncamının imzalanması yüksək humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir. Yüzlərlə ailənin, minlərlə insanın sevincinə səbəb olan bu Sərəncamın imzalanmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımızı bildiririk. Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını, bu siyasətin humanizmə və ədalətə söykəndiyini göstərir”.


SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları