YAP-çı deputat: “Əli Nağıyev, mükafatın əvəzi budurmu?” - ETİRAZ

Siyasət / 29.03.2019 12:50

"Əli İnsanovun əfv olunaraq azadlığa çıxdıqdan sonra etdiyi hərəkətlər və verdiyi bəyanatlar bir daha sübut edir ki, o, hələ də islah olunmayıb".

BunuModern.az-a açıqlamasında YAP-çı deputat Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti əfv sərəncamı ilə hətta zamanında cinayət əməli törətmiş şəxsi əfv etməklə hər bir azərbaycanlının prezident olduğunu nümayiş etdirdi.

"Yəni ölkə başçısı bu humanist addımları ilə cinayət etmiş şəxslərə belə islah olunmaq şansını verir. O, hər bir azərbaycanlını azad, firəvan həyat şəraitində yaşamasını istəyir. Azəbaycan prezidetinin son əfv sərəncamı ilə azadlığa çıxanlar sırasında bir zamanlar Heydər Əliyevin hakimiyyəti dövründə etimad göstərilərək ölkənin mühüm postlarından birinə təyinat alan, sonradan isə bu yola xəyanət edib, cinayət əməli törətmiş Əli İnsanov da var idi. Cəmiyyət Əli İnsanovdan bu ahıl yaşında səhvlərini etiraf edəcək və ölkə başçısının bu humanist addımlarına görə ona minnətdarlıq bildirəcəyini gözləyirdi. Təəssüflər olsun ki, cəmiyyət bunun əksinin şahidi oldu. Əli İnsanovun azadlığa çıxar-çıxmaz iddialı siyasi bəyanatlarla çıxış etməsinin şahidi olduq. O, bu müddət ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna, tərəqqiyə görə ölkə başçısına minnətdarlıq etmək əvəzinə, ölkədə böyük zəhmətlər bahasına yaradılan sabitliyin pozulmasına yönəlik bəyanatlar səsləndirdi. Bu hərəkətləri sübut etdi ki, Əli İnsanov hələ də islah olunmayıb”- A. Hüseynov bildirib.

Bununla belə deputat hesab edir ki, Əli İnsanov islah olunmaq üçün hələ də şanslarını itirməyib:

"Onun səhvlərini etiraf edib, islah olunması üçün gec deyil. Nə qədər gec deyil Əli İnsanov tutduğu səhv yoldan geri dönüb islah oluna bilər”.

Deputat eyni zamanda, bir zamanlar YAP sədrinin müavini olmuş, sabiq əmək və əhalinin sosial müdafiə naziri, Azərbaycanın Belarusdakı eks-səfiri Əli Nağıyevin də son günlərdə Əli İnsanovu dəstəklməsi və YAP, ölkə başçısı ətrafında olan insanlar haqqında təhqiramiz ifadələr işlətməsindən təəssüfləndiyini dilə gətirib:

"Bu gün kimsə Əli Nağıyevin YAP təşkilatlanmasındakı rolunu danmır. Elə ulu öndər Heydər Əliyev də onun bu əməyinə dəyər verib, etimad göstərərək yüksək vəzifələrə təyin etdi. Hətta Əli Nağıyev özü dəfələrlə bəyan edib ki, məni bu yüksək məqamlara çatdıran məhz Heydər Əliyev oldu. Amma indi Əli Nağıyev tamamilə fərqli mövqe sərgiləyir. Mükafatın əvəzi budurmu? Göstərilən etimadın müqabilində YAP üzvləri haqqında xoşagəlməyən ifadələr işlədəsən?! Bu onu deməyə əsas verir ki, Əli Nağıyev YAP-kı fəaliyyyətindəki məqsəd heç də partiyanın ali məramına xidmət etmək yox, öz şəxsi maraqlarını təmin etmək olub”.

Ə.Nağıyevin YAP və hakim komanda üzvlərinə qarşı işlətdiyi təhqiramiz ifadələrə görə məsuliyyətə cəlb olunması məsələsinə gəldikdə A. Hüseynov bildirib ki, bu gün YAP cəmiyyətdə böyük nufuza malik siyasi təşkilatdır və burada cəmiyyətin bütün təbəqləri təmsil olunub.

"Elə onların qınağı Əli Nağıyev üçün yetərlidir. Bu məsələ ancaq İdarə Heyətinin səlahiyyətində olan məsələdir. 700 min YAP üzvü haqqında səsləndirdiyi fikir sadəcə partiyada qəzəb hissi doğurur və bu hərəkətinə görə onu qınayırıq”- A.Hüseynov bildirib.




SON XƏBƏRLƏR

2023-03-27

14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır

13:20 Toivo Klaar Azərbaycana səfər edəcək

12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi

11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

10:03 Türkiyəli aktyor vəfat etdi

09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib

09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

09:22 Samuxda narkotik satan şəxslər tutuldu

09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb

09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu

09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu

08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO

08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər

08:42 Gəncədə qazi BIÇAQLANDI

08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi

08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB

08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Product image

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları