Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Rəsmi / 30.07.2018 15:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunaraq, bu yaxınlarda Brüsselə səfərini və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşünü məmnunluqla xatırlayaraq qeyd etdi ki, həmin səfər zamanı aparılan səmərəli danışıqlar və Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir. Prezident İlham Əliyev qeyd etdi ki, eyni zamanda, bu sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Azərbaycan-Avropa İttifaqı əlaqələri gündəliyinin geniş olduğunu bildirən dövlətimizin başçısı əməkdaşlığın uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşlərinin və Brüsseldəki tədbirlərin çox yaxşı səviyyədə keçdiyindən məlumatlı olduqlarını vurğuladı. Toivo Klaar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin genişləndiyini qeyd edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu dedi. Bu baxımdan qonaq Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, nəqliyyat, ticarət, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.


SON XƏBƏRLƏR

2020-07-09

19:34 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü

19:31 Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək

18:53 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

17:04 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

16:21 Azərbaycan AŞ Nazirlər Komitəsinin komitə iclasında təmsil olunub

16:06 Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ

15:45 Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiq edilib

15:38 Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman

14:06 Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

13:02 Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU

12:50 Azay Quliyev: Yeganə istəyimiz odur ki, bütün əməkdaşlıqlar ATƏT-in müəyyən etdiyi mandata uyğun təşkil olunsun, Azərbaycan haqsız olaraq hədəfə alınmasın

11:44 QHT sədri: Gənclik olaraq üzərimizə düşən vəzifə bizi inamlı sabahlara aparan güclü liderimizin ətrafında sıx birləşməkdir

11:31 Leyla Abdullayeva: Azərbaycan XİN hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib

11:04 Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

11:01 Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

10:33 Şuranın dəstəyilə insan alverinə qarşı layihənin icrasına start verilib

10:00 Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır

2020-07-08

19:44 Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq

19:14 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

19:06 Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib

17:54 “Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

17:51 AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

15:00 İbadulla Ağayev: Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb

14:29 QHT sədri: Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər

14:11 6 ayda pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb

13:04 Bakı Metropolitenində pandemiya dövründə sərnişin sayı kəskin azalıb

12:44 Şuranın dəstəyilə icbari tibbi sığorta internet mediada təbliğ ediləcək

11:33 “Vətənimizə virtual səyahət”də növbəti tur Lerik rayonuna təşkil olunub

11:18 Şura üzvü: Ermənistan rəhbərləri faşist ideologiyasına xidmət edir

11:01 KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

10:49 Yeni virtual layihəyə start verir

10:17 Xüsusi istedadlı qruplar yaradılacaq

10:00 Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan qaçqınlarının 1988-ci il deportasiyası ilə bağlı tədbir keçirmişdir

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Şuranın dəstəyilə icbari tibbi sığortanın əhalinin sağlamlığının qorunmasında rolu müzakirə edilib

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

İdman Product image

13:42 Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

Product image

16:19 Qurban Qurbanov ən uzunmüddətli çalışan məşqçilər arasında yer alıb

Maraqlı Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb

Product image

10:00 Avstraliyada meşə yanğınlarında milyarddan çox heyvan ölüb